Yenilik.Az
www.Yenilik.Az » Dünya » Meral Akşener “altılı masa”nı tərk etdi

Meral Akşener “altılı masa”nı tərk etdi

Meral Akşener “altılı masa”nı tərk etdi
2023-03-03 , 19:14

Türkiyədə müxalifət liderlərindən ibarət “altılı masa”ya daxil olan partiyalardan biri İYİ partiyasının idarə heyətinin bu gün iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclas partiyanın sədri Meral Akşenerin iştirakı ilə baş tutub.
İclasdan sonra Meral Akşener dünən “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı keçirilən müzakirələrdən danışıb.
Onun sözlərinə görə, 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiyası öz namizədlərini irəli sürüb. Bunlar isə Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olub. Buna baxmayaraq, digər partiyalar Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini qəbul etməyib.
Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir. Bununla yanaşı, Ə. İmamoğlu namizədliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək seçkilərdə namizəd olmayacağını qeyd edib.
Qeyd edək ki, “altılı masa”ya  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.