Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aİ-dən Rusiyaya sərt mesaj: Azərbaycanlılara qarşı edilənlər...

Aİ-dən Rusiyaya sərt mesaj: Azərbaycanlılara qarşı edilənlər...

Aİ-dən Rusiyaya sərt mesaj: Azərbaycanlılara qarşı edilənlər...
2025-06-30 , 13:56

Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatlıq keçirirəm.


Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün "X" hesabında yazıb.

"Mənim düşüncələrim zərərçəkənlər və onların ailələri ilədir", - o bildirib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər yaralanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.