Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur şirkətin kərə yağından sellofan çıxdı – VİDEO

Məşhur şirkətin kərə yağından sellofan çıxdı – VİDEO

Məşhur şirkətin kərə yağından sellofan çıxdı – VİDEO
2025-07-01 , 14:15

“QayMaq Premium Qida” şirkətinin istehsal etdiyi kərə yağından sellofan çıxıb.

Yenilik.az xəbər verir ki, bu barədə oxu.az-a şikayət daxil olub.
Şikayətçi R.Axundovun sözlərinə görə, mütəmadi istifadə etdiyi kərə yağında sözügedən mənzərə ilə qarşılaşıb:
“22 aprel tarixində 30 ədəd 500 qramlıq yağ almışdım. Kərə yağlarını yavaş-yavaş istifadə edirdim. Qiyməti digər yağlardan baha olsa da, keyfiyyətinə güvənirdim. Sonuncu dəfə dörd gün öncə istifadə edəndə yağın ortasında nazik sellofan olduğunu gördüm. Əgər onu kəsmədən əridib yesəydim, sellofan yağa qarışacaqdı. Bu, insan sağlamlığı üçün təhlükədir. Şirkət nümayəndələri ilə əlaqə saxladım. Yalnız “bağışlayın” deyib məsələni ört-basdır etməyə çalışdılar. Məhsulun qiyməti 25-26 manat dəyərindədir. Geniş araşdırma aparılmasını tələb edirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.