Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sabahdan əmi, xala, bibi, dayı uşaqları evlənə bilməyəcək

Sabahdan əmi, xala, bibi, dayı uşaqları evlənə bilməyəcək

Sabahdan əmi, xala, bibi, dayı uşaqları evlənə bilməyəcək
2025-06-30 , 14:20

Sabahdan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb:
– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.