Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

2026-06-22 , 12:16

"Avroviziya-2026” müsabiqəsinin qalibi Dara Bakıda keçirilməsi planlaşdırılan "DreamFest 2026” festivalında iştirakdan imtina edib.


AZXEBER.COM xəbər verir ki, bu barədə "Songfestival Azerbaijan” səhifəsi məlumat yayıb. Bildirilib ki, bolqarıstanlı müğənni sosial şəbəkələrdə ona qarşı yönələn kəskin tənqidlərdən sonra qərarını dəyişib.

Məlumata görə, Dara izləyicilərinin və pərəstişkarlarının fikirlərini nəzərə alaraq layihədən çəkildiyini açıqlayıb. Sənətçi festivalda iştirakı ilə bağlı yayılan müzakirələrdən sonra çıxış etməkdən imtina edib.

Hələlik Dara-nın özü və ya "DreamFest 2026” təşkilatçıları tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Dara Vyanada keçirilən yarışmada "Banqaraqa” mahnısı ilə birinci olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.