Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tural və Turan qardaşlarının "Tell me more" mahnısı uğursuz hesab edilib

Tural və Turan qardaşlarının "Tell me more" mahnısı uğursuz hesab edilib

Tural və Turan qardaşlarının
2023-04-03 , 12:41

Bukmeykerlər 67-ci "Avroviziya" Mahnı Müsabiqəsi haqda fikirlərini bölüşməyə davam edir.

Yenilik.az xəbər verir ki, bukmeykerlərin proqnozu İsveçrə tərəfindədir. Belə ki, onlar ötən ilin qalibi Ukraynanın adından Böyük Britaniyada keçiriləcək yarışmada İsveçrə təmsilçisi Loreni birinci görürlər.  Onlar "Tatoo" mahnısı ilə ölkəsini təmsil edəcək ifaçının 39 faiz səslə ilk sırada yer alacağını bildiriblər. 
İkinci yerdə "Cha Cha Cha" mahnısı ilə fin sənətçisi Käärijä, üçüncü yerdə "Heart of Steel" treki ilə Ukraynanın "Tvorchi" qrupunun olacağı təxmin edilib. Bukmeykerlər dördüncü yerdə "Queen Of Kings" mahnısı ilə norveçli müğənni Alessandra, "EAEA" mahnısı ilə Blanka Paloma ilə təmsil olunan İspaniyanı görürlər. 
Bukmeykerlər Azərbaycan təmsilçiləri Tural və Turan qardaşlarının "Tell me more" mahnısını uğursuz hesab edib.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan "Tell me more" mahnısı ilə birinci yarımfinalda çıxış edəcəklər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.