Yüzdən çox dövlət layihəsi icra edən nəhəng şirkətdən narazılıq – “Evlərdə çat əmələ gəlib”FOTO
Məşhur şirkətin layihəsinin yarımçıq qalması sakinləri narazı salıb. Şirkət layihə üzrə nəzərdə tutulan iki binadan birini inşa edib. Digər bina tikilmədiyi üçün ətrafda yaşayan sakinlərin evləri qəzalı vəziyyətə düşüb.
Belə ki, layihə üzrə MTK tərəfindən ərazidə fərdi yaşayış evlərinin sökülərək orada hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulub.
Təqdim etdiyimiz fotoda ərazidə tikintisi nəzərdə tutulan layihədir.

Fotoda görülən binalardan biri inşa edilib. Digərinin tikintisinə isə başlanmayıb. Bu vəziyyət də ətrafda yaşayan sakinləri narazı salıb.
Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, layihənin icrasına başlayan zaman sakinlərlə görüş olub.
Onlara mənzillərinin sökülərək yerində bina inşa ediləcəyi deyilib. Qarşılığında isə sakinlərə kompensasiya ödəniləcəyi və ya yeni tikiləcək binadan mənzillə təmin ediləcəkləri bildirilib.
Layihənin icrasına başlayan zaman işlər nəzərdə tutulan plan üzrə aparılmayıb və bir binanın tikintisi həyata keçirilib. Həmin ərazidə olan evlər sökülüb. Tikintiyə yaxın olan və ümumi layihədə sökülməsi nəzərdə tutulan 15-ə yaxın mənzil sökülməyib. Ərazidə aparılan tikinti işləri sakinləri narazı salıb, bəzi evlərdə çatlar əmələ gəlib.
“Bu qədər müddət toz-torpaq içində yaşamışıq. Gecə-gündüz tikintinin səsindən əziyyət çəkmişik. Bir çox evlər qəzalı vəziyyətdədir. İndi kimə də şikayət edirik, baxan yoxdur”, – deyə sakinlər bildirib.
Sakinlərin narazılığı və layihənin tam icra edilməməsinin səbəbi ilə bağlı şirkətin mövqeyini öyrənməyə çalışdıq. Lakin əlaqə üçün qeyd edilən nömrəyə zəng etsək də, cəhdimiz baş tutmadı.
“ETO HOUSE” MTK layihəsi məşhur “ALMEP ENGINEERING GROUP” şirkətinə məxsusdur. Bu şirkət Azərbaycanda bir çox dövlət layihələrinin icrasını həyata keçirib.
“ALMEP ENGINEERING GROUP”un ölkədə tikintisini həyata keçirdiyi böyük layihələrə aşağıdakılar daxildir:
– Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
– Azərbaycan-Fransız Universiteti
– Əmlak Məsələləri Dövlət Komitəsi
– Bakı Avropa Liseyi
– Tofiq İsmayılov adına UGYS
– UNEC
– Memar Əcəmi metrostansiyası
– Quba rayonu Alekseyevka kəndində məktəb
– Nizami Gəncəvi Muzeyi
– Azərbaycan Texniki Universiteti
– Elmlər Akademiyası stansiyası
Bundan başqa, “ALMEP ENGINEERING GROUP” bir çox özəl şirkətin, restoranın, istirahət mərkəzinin tikintisini həyata keçirib.




OXŞAR XƏBƏRLƏR

Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12