Bakıda “Vinçester”dən güllə yağışı yağdıran maqnat Şərurlu İsfəndiyarın oğlu barədə YENİ XƏBƏR
Şərurlu İsfəndiyar kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovun adı yenidən gündəmdədir.
O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.
Musavat.com-a daxil olan son məlumatda deyilir ki, baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.
Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb. Bu yaxınlarda Bakıya gələn Şahin Axundovun psixoloji durumunda gərginlik yaranıb, onu xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda Şahin Axundovun ciddi nəzarət altında müalicə olunması xəbəri də var.
İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan “Zaminbank”ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.
Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:
“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.
Musavat.com-un əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra “oğlum xaricdə deyil, xəstə də deyil, kim nə istəyir yazır” deyib.
Xatırladaq ki, Şərurlu İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata “Lamborghini” alması ilə gündəmə gəlmişdi. O zaman Şərurlu İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi.
“Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu “My new car” (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.
İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: “Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”
Lakin Allahverdi Axundov təkcə 650 minlik “Lamborghini”yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.
OXŞAR XƏBƏRLƏR

Şou əhli “Şərurlu İsfəndiyar”a təriflər yağdırdı: “O kişini şəxsən...” + VİDEO
"Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür" - VİDEO 2026-07-22 , 19:28
“Gözəl oynayıram, heyranlıqla baxırlar” - Günel 2026-07-22 , 19:27
Almaniya kansleri Paşinyana çağırış etdi 2026-07-22 , 19:12
Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA 2026-07-22 , 19:11
“Lazeroloq üzümü yandırıb...” - Foto 2026-07-22 , 19:10
“Bibi Heybət”in imamının diplomu tanınmadı 2026-07-22 , 19:09
Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir 2026-07-22 , 19:02
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: “63 yaş nədir ki…” 2026-07-22 , 15:20
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTO 2026-07-22 , 15:16
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb 2026-07-22 , 15:13
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam 2026-07-22 , 15:10
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də" 2026-07-22 , 15:09
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - Hikmət Hacıyev 2026-07-22 , 15:08
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi 2026-07-22 , 15:06
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO 2026-07-22 , 15:02
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama 2026-07-22 , 14:58
“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi 2026-07-22 , 14:57
"Arzum" bu şərtlərlə azadlığa çıxdı 2026-07-22 , 13:40
Azərbaycanda Milli Mətbuat Günüdür 2026-07-22 , 11:30
“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları 2026-07-22 , 04:30
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir" 2026-07-21 , 23:52
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər 2026-07-21 , 23:50
Tramp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik” 2026-07-21 , 23:49
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı 2026-07-21 , 23:48
Elza Seyidcahan:"Avropada müğənnilər məni təkrarlayırlar" - VİDEO 2026-07-21 , 23:47
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 2026-07-21 , 23:41
AZZA-nın tortundan görün NƏ ÇIXDI - VİDEO 2026-07-21 , 23:41
Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 2026-07-21 , 23:40
Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO 2026-07-21 , 23:38
Prezidentin Almaniya səfərindən - Görüntülər 2026-07-21 , 23:35
Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı 2026-07-21 , 23:33
“Biz artıq buna nail olmuşuq” - Yenilənib 2026-07-21 , 23:29
"Nikosayağı"nın oğlu ilə paylaşımı - FOTO 2026-07-21 , 23:25
Bakıda oturub Azərbaycanı hədələyənlər – Udduğunuz HAVA da sizə HARAMDIR! 2026-07-21 , 23:24
"Onları çəkən Xəyalə idi, Gülbadəni biabır etmək istəyir" - "Dr. Gülü"nün həmin videosu ilə bağlı AÇIQLAMA 2026-07-21 , 23:23
Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR 2026-07-21 , 23:22
"Yayın günündə buranı su basıb, biabırçılıqdır" - VİDEO 2026-07-21 , 23:21
"Detoks çayları" ilə bağlı ŞOK XƏBƏRDARLIQ 2026-07-21 , 23:19
Nigarın şirkəti fəaliyyətini dayandırdı 2026-07-21 , 23:18
"Acı, şirin xatirələrimin olduğu, kirayədə qaldığım evdən köçürəm" - FOTO 2026-07-21 , 23:17
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva 2026-07-21 , 23:16
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” 2026-07-21 , 23:15
Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video 2026-07-21 , 23:14
Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - VİDEO 2026-07-21 , 23:13
Məclisdə Ramalı görəndə oxumaq istəmirəm - Brilliant Dadaşova 2026-07-21 , 23:11
Sevil-Sevincin müzakirə yaradan görüntüsü - VİDEO 2026-07-21 , 23:07
"3 ildir uşaqlarımızı çimizdirə bilmirik" - "Bağça Şəhər" camaatın suyunu KƏSİB? 2026-07-21 , 23:05