Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi

“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi

“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
2026-07-22 , 14:57

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.


NOCOMMENT.az xəbər verir ki, müdafiə tərəfi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Məhkəmənin qərarı ilə “Arzum” ev dustaqlığına buraxılıb və o məhkəmə zalında azad edilib. Qərardan sonra blogerin halı pisləşib və özündən gedib.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, İlduzə Hacıyevanın idarə etdiyi avtomobil dönmə əməliyyatı zamanı arxadan gələn nəqliyyat vasitəsinə mane olub.
Nəticədə baş verən qəzada bir nəfər həlak olub, daha bir nəfər ağır xəsarət alıb. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilir./musavat/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.