Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Ölü yiyəsi dedi ki...” - Kimsəsizlərin məzarlarını təmizləyən gənc - VİDEO

“Ölü yiyəsi dedi ki...” - Kimsəsizlərin məzarlarını təmizləyən gənc - VİDEO

“Ölü yiyəsi dedi ki...” - Kimsəsizlərin məzarlarını təmizləyən gənc - VİDEO
2026-07-21 , 23:01

Baxımsız qalan məzarları könüllü olaraq təmizləyən və təmir etdirən Rövşən Novruzovun videoları sosial şəbəkələrdə maraqla qarşılanıb.


“Bakupost” xəbər verir ki, “Arzunun vaxtı” verilişində danışan gənc bildirib ki, qəbiristanlıqlarda ot basmış, çatlamış və çökmüş məzarları gördükdə laqeyd qala bilmir. O qeyd edib ki, bu işə ilk dəfə mərhum meyxanaçı Vüqar Biləcərinin məzarını təmizləməklə başlayıb:

“İlk dəfə Vüqar Biləcərinin qəbrindən başladım. Ürəyimdən gəldi, gedib məzarını təmizlədim və sosial mediada paylaşdım. Bundan sonra düşündüm ki, kimsəsiz və baxımsız qalan digər məzarları da təmizləyim”.

R.Novruzov bildirib ki, təmizlədiyi məzar sahiblərindən bəziləri ona təşəkkür etsə də, digərləri narazılıq edib. Onun sözlərinə görə, hətta məzarın vəziyyətini çəkib paylaşdığı üçün onu polislə hədələyənlər də olub:

“Ölü yiyəsi dedi ki, videonu silməsən, səni polisə verəcəyəm. Dedim, yaxşı, silərəm. Üç-dörd ay sonra gedib baxdım ki, məzar yenə əvvəlki pis vəziyyətində qalıb. Məzarın o halda olmasından utanmırlar, amma mənim bunu göstərməyimdən utanırlar”.

Daha ətraflı “Baku TV”nin süjetində:



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.