Bazarda təhlükəli kərə yağları: Adlar niyə gizlədilir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kərə yağları ilə bağlı apardığı plandankənar yoxlamalar zamanı bir sıra məhsullarda etiketləmə qaydalarının pozulması, istehlakçını çaşdıran və həqiqəti əks etdirməyən məlumatların təqdim edilməsi halları aşkarlanıb. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, Agentlik qanun pozuntusuna yol vermiş məhsulların adlarını ictimaiyyətə açıqlamayıb. Bu isə istehlakçı hüquqlarının pozulması ilə bağlı suallar yaradıb.
Lakin qanun pozuntusuna yol vermiş məhsulların adlarının açıqlanmaması cəmiyyətdə narazılıq doğurur.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, qida təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın sağlamlığı üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, AQTA illərdir bu sahədə kifayət qədər şəffaf fəaliyyət göstərmir.

"Çox təəssüf ki, AQTA uzun illərdir "oxunu atıb, yayını gizlətmək" prinsipi ilə işləyir. Bir ara bəzi sahələrdə, məsələn, içməli sularla bağlı müəyyən şirkətlərin adları açıqlanmışdı. Lakin sonradan qurum yenidən əvvəlki qeyri-şəffaf fəaliyyət modelinə qayıtdı", – deyə o bildirib. E.Hüseynovun fikrincə, istehlakçıya ümumi statistika deyil, konkret məlumat lazımdır: "İstehlakçının fundamental hüququdur ki, bazardan aldığı məhsulun dəqiq adını, istehsalçısını, istehsal olunduğu yeri, satış ünvanını və qiymətini bilsin. Bazarda etiket məlumatları ilə faktiki tərkibi uyğun gəlməyən çoxsaylı məhsullar var. Onların aşkarlanması vacibdir, amma bundan da vacibi həmin məhsulların adlarının ictimaiyyətə açıqlanmasıdır".
AİB sədri başqa bir ciddi məqama da diqqət çəkib. O bildirib ki, dövriyyədən çıxarılan keyfiyyətsiz məhsulların sonrakı taleyi barədə də cəmiyyətə məlumat verilmir. "Bu məhsullar harada və necə məhv edilir? Yoxsa hansısa yollarla yenidən bazara qaytarılır? Bu suallar həm bizi, həm də cəmiyyəti ciddi narahat edir. Biz istəyirik ki, məhsulların məhv edilməsi prosesində ictimai təşkilatlar və KİV nümayəndələri iştirak etsin, bütün proses tam şəffaf həyata keçirilsin".
E.Hüseynov qeyd edib ki, vaxtilə AQTA yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü olsa da, həmin dövrdə belə qurumun fəaliyyətinə dair lazımi məlumatları əldə etmək mümkün olmayıb: "Bu qurumun 'daxili mətbəxinə' daxil olmaq çox çətindir. Sistem informasiyanın açıqlanması deyil, gizlədilməsi üzərində qurulub. Nəticədə zərər çəkən isə istehlakçıdır. AQTA-nın bu cür yarımçıq açıqlamalarından sonra mənə hər gün yüzlərlə vətəndaş zəng edərək hansı məhsulun təhlükəsiz olduğunu soruşur. Belə məlumatlar insanlarda aydınlıq yaratmır, əksinə, narahatlıq və çaşqınlıq yaradır".
Onun sözlərinə görə, qida təhlükəsizliyinə nəzarət edən qurumun fəaliyyətində tam informasiya açıqlığı təmin edilməlidir. "Bu, təkcə istehlakçıların qorunması üçün deyil, həm də dürüst sahibkarların qanun pozuntularından nəticə çıxarması və bazarda sağlam rəqabətin formalaşması baxımından vacibdir. Hamı bilməlidir ki, millətin sağlamlığı ilə oynayan hər bir şirkətin adı ictimaiyyətə açıqlanacaq".
Qida eksperti Fərid Səfərov da hesab edir ki, istehlakçıların əsas hüquqlarından biri aldıqları məhsul haqqında düzgün və dolğun məlumat əldə etməkdir: "Əgər yoxlamalar zamanı konkret kərə yağlarında etiketləmə pozuntuları, tərkibin düzgün göstərilməməsi və ya istehlakçını çaşdıran məlumatlar aşkarlanıbsa, həmin məhsulların adlarının açıqlanması həm istehlakçıların məlumatlandırılması, həm də seçim hüququnun qorunması baxımından vacibdir".

Ekspert qeyd edib ki, bəzi hallarda araşdırmalar yekunlaşmadığı və ya hüquqi prosedurlar tamamlanmadığı üçün məhsul adları açıqlanmaya bilər: “Bu, sonradan yarana biləcək hüquqi mübahisələrin qarşısını almaq məqsədi daşıyır. Bununla belə, istehlakçı sağlamlığı üçün real risk və ya ciddi uyğunsuzluq müəyyən edildiyi hallarda məlumatların vaxtında ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, vətəndaşların məlumatlı seçim etməsinə imkan verir, bazarda şəffaflığı artırır və digər istehsalçıları da qanunvericiliyin tələblərinə daha ciddi əməl etməyə sövq edir".
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev müşavirə keçirdi
İlham Əliyev 8 fərman imzaladı
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Xarici istehsal adı ilə satılan bu yağlar ölkədə hazırlanırmış…
AQTA xəstə və bakteriyalı ətləri ölkəyə necə buraxır?…- Yenilənib
Bu kərə yağlarından istifadə edənlərin nəzərinə! – Fotolar
Altay Göyüşovun təşkilatı nəyə görə Rusiyanın əlinə oynayır?
Prezident 2 fərman imzaladı
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
“Azəriqaz”da kadr dəyişikliyi ilə bağlı QALMAQAL – FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Saxta kərə yağları bazarda: “Bu yerlərdən yağ almayın” – Ekspert
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Azərbaycan Almaniya ilə əlaqələrini neft və qazdan kənara çıxararaq dərinləşdirir 2026-07-21 , 10:33
Seda Sayanın evlilik qadağalarına ərindən cavab 2026-07-21 , 09:11
Baş Prokurorluq “Dr. Gülü” ilə bağlı məlumat yaydı 2026-07-21 , 09:09
Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? – RƏSMİ 2026-07-21 , 09:06
Rəşad Dağlının oğlu yarışda birinci oldu 2026-07-21 , 09:04
Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar" - VİDEO 2026-07-21 , 08:55
Tramp İranı hədələdi 2026-07-21 , 08:53
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama+Video 2026-07-21 , 08:45
Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar — VİDEO 2026-07-21 , 08:42
Prezident Almaniyaya getdi 2026-07-20 , 22:51
İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar 2026-07-20 , 22:50
“Baku Electronics”dən aldığı məhsul cəmi 2 gün işlədi – Foto 2026-07-20 , 12:44
Diqqət! “Azercell” Astaraya gedənlərin telefonunda rouminqi aktivləşdirib borc yazır – Foto 2026-07-20 , 12:43
"Yeni oxuyan tapıb, ona görə məni atıb" 2026-07-20 , 12:36
Bülent Ersoy estetik əməliyyatdan sonra 2026-07-20 , 12:35
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır" 2026-07-20 , 12:35
Vens 4-cü dəfə ata oldu 2026-07-20 , 12:34
Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video 2026-07-20 , 12:33
"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO 2026-07-20 , 12:31
"İtaliano parati"də özbaşınalıq: "Gedin, kimə şikayət edirsiniz edin!" 2026-07-20 , 12:27
Xatirə İslamın “romantik” videosu baha başa gəldi –VİDEO 2026-07-20 , 12:23
"Haber Global" siyahının ƏN DİBİNDƏ? - Elnur Abdullayevin böyük büdcəli layihəsinə nə olub? 2026-07-20 , 06:24
Valideyn–uşaq münasibətlərində sağlam ünsiyyət: Psixoloji inkişafın təməl daşı 2026-07-20 , 02:24
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44