Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu kərə yağlarından istifadə edənlərin nəzərinə! – Fotolar

Bu kərə yağlarından istifadə edənlərin nəzərinə! – Fotolar

Bu kərə yağlarından istifadə edənlərin nəzərinə! – Fotolar
2025-04-03 , 22:05

Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.
“Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Qeyd edək ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır”, - məlumatda deyilir.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.