Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
2026-07-01 , 13:01

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

“Qafqazinfo” xəbər verir ki, bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.