Mehriban Əliyevanın sədrliyi ilə RİŞ-nin ilk iclası keçirildi
İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli həmkarlar.
Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.
Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.
Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.
Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək.
x x x
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu dedi.
Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verdi, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğuladı. "Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.
Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini dedi. Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxundu, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığını vurğuladı və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.
x x x
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Şahmar Mövsumov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqləndiyini xatırladan Şahmar Mövsumov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını dedi. Vurğuladı ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirdi ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.
Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını dedi, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd etdi.
x x x
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedi.
Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar", "STEAM Azərbaycan" layihələrini qeyd etdi, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğuladı.
İclas müzakirələrlə davam etdirildi.


OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
İlham Əliyev müşavirə keçirdi
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Mərhəmət və sevgi dolu bir ürək…
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər
Prezident fərman imzaladı
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO 2026-07-01 , 07:37
Rəqsanənin qızından gözlənilməz addım: Adını dəyişdirdi - FOTO 2026-07-01 , 07:36
Rəqqasənin yeniyetmə oğlu maşın sürdü – VİDEO 2026-07-01 , 07:29
“İsraillə münasibətimizi kimə görəsə pozmamalıyıq” – Tofiq Abbasov 2026-07-01 , 07:26
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
“Oğlumun "qan pulu"nu yeyə bilərmi?” – Şəhid anasının 30 mini mənimsənilib? 2026-07-01 , 07:23
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - FOTO 2026-07-01 , 07:19
İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı – VİDEO 2026-07-01 , 07:17
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama 2026-07-01 , 07:15
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar 2026-07-01 , 07:14
Serialdan sonra sevgili oldular 2026-07-01 , 07:13
Qardaşlıq sınağa çəkiləndə - AŞPA-da niyə susdunuz? 2026-07-01 , 07:12
Yaxın Şərqdəki tarixi mənzərədən - Türkiyə necə nəticə çıxaracaq?
Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video 2026-07-01 , 07:10
“1xBet” vasitəsilə qanunsuz mərc oyunları təşkil edənlər tutuldu - KMBİ-dən əməliyyat 2026-07-01 , 07:09
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - Fotola 2026-07-01 , 07:08
"Süni intellekti bilən müəllimlər yetişdirilməlidir" 2026-07-01 , 07:06
Şou-biznesin “avtoritet”i səhnədə özünü biabır etdi - VİDEO 2026-07-01 , 07:03
Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı 2026-06-30 , 22:17
Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq - Nazir 2026-06-30 , 14:26
“Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır” 2026-06-30 , 14:21
"Verilişlərdəki ekspertlər xalqın düşmənidir" - Video 2026-06-29 , 18:36
Misir Mərdanov məktəblərdə telefon qadağası haqda danışdı 2026-06-29 , 18:33
Həbibbəyli məsələsinə Cəlaloğlunun reaksiyası: “Orta səviyyəli alimdir” 2026-06-29 , 18:30
Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib – Foto 2026-06-29 , 18:28
Leyla və Alena Əliyevalar festivalda - Fotolar 2026-06-29 , 17:47
Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO 2026-06-29 , 17:45
“Taşfırın”da dönərçidən xadiməyə qarşı - Cinayət 2026-06-29 , 17:42
"Həyat belədir, ən yaxın adamın da sənə bunu edir" - VİDEO 2026-06-29 , 17:41
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO 2026-06-29 , 17:39
Prezident 2 fərman imzaladı 2026-06-29 , 17:38
“100 minə görə 4 balamı anasız qoyursunuz”-VİDEO 2026-06-28 , 20:40
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO 2026-06-28 , 20:38
Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu 2026-06-28 , 20:37
Vatikan da dözmədi, dözmədi, bu dəfəki növbəti İsaya! 2026-06-28 , 20:36
“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO 2026-06-28 , 20:35
AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış 2026-06-28 , 20:31
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani 2026-06-28 , 20:31
"Sənətə gəlişimi ona borcluyam" 2026-06-28 , 20:30
Rüfət Axundovun oğlu ilə "gilas" davası - VİDEO 2026-06-28 , 20:28
"İsa Həbibbəyli, bu görüntülərdən sonra istefa verib getməlisən!" – Qənirə Ataşdan sərt çağırış 2026-06-28 , 20:27
İsrail hökuməti “ erməni soyqırımı”na səs verdi 2026-06-28 , 20:19
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı 2026-06-28 , 20:16
Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur 2026-06-28 , 20:14
Masonların Bakıda gizli toplantısı: Kritik qərarlar verildi – FOTO 2026-06-28 , 20:13