Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
Son illər Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar fonunda prokurorluq orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı bu prosesin konseptual əsasını təşkil edir. Fərmandan irəli gələn vəzifələrin icrası kontekstində Azərbaycan Respublikası Prokurorluğu öz struktur islahatları, funksional çevikliyi və institusional əməkdaşlıq imkanları ilə hüquq sisteminin əsas dayaqlarından biri kimi çıxış edir. Vətəndaşların müraciət imkanlarının artması və informasiya əlçatanlığının təmin olunması, kadr islahatları, gənc və ixtisaslı hüquqşünasların sistemə cəlb olunması, peşəkar hazırlığın gücləndirilməsi, ictimaiyyətlə əlaqələr, prokurorluğun fəaliyyətinə ictimai etimadın artması, şəffaflığın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, Avropa Şurası və digər beynəlxalq qurumlarla əlaqələrin genişlənməsi sahəsində konkret nəticələr vermişdir.
Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi, onun hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında rolunu artırmışdır.
Prokurorluq orqanlarına işə qəbul prosesi şəffaf və ədalətli şəkildə həyata keçirilir. Qulluğa qəbul olmaq istəyən namizədlər üçün müvafiq elanlar Baş Prokurorluğun rəsmi internet saytında yerləşdirilir. Müsabiqə prosesinə sənəd qəbulu, test imtahanı və müsahibə mərhələləri daxildir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində prokurorun prosessual mövqeyi - istintaqa rəhbərlik funksiyası - cinayət təqibinin obyektiv və ədalətli şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə son dövrlərdə: ədalətli araşdırma standartlarına uyğun istintaq, təqsirsizlik prezumpsiyasına hörmət, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmininə nəzarət kimi istiqamətlərdə pozitiv presedentlər və prokuror təcrübəsi formalaşmışdır.
Beynəlxalq əlaqələr
2019-cu ildə Avropa Prokurorlarının Məşvərət Şurasının (CCPE) 14-cü plenar iclasında "Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu" adlı 14 saylı Rəy qəbul edilmişdir. Bu sənədin hazırlanmasında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsindəki təcrübəsi nəzərə alınmışdır.
Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev 2018-ci ildə BPA-nın Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən 23-cü İllik Konfransı və Ümumi Yığıncağında Assosiasiyanın İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bu il baş prokuror ikinci dəfə BPA-nın vitse-prezidenti seçilib.
2024-cü ilin sentyabrında Bakı şəhəri Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına ev sahibliyi etmişdir. Azərbaycanın hüquq sistemində ilk dəfə bu tipli genişmiqyaslı beynəlxalq forumun keçirilməsi tarixi əhəmiyyətə malikdir və Azərbaycan Prokurorluğunun uğurudur. 95 ölkədən 500-ə yaxın prokurorluq və ədliyyə əməkdaşının iştirakı ilə keçirilən konfrans ölkəmizin beynəlxalq hüquq ictimaiyyətində artan nüfuzunun göstəricisidir.
Konfrans çərçivəsində "Hüququn aliliyinin qorunmasında prokurorun rolu" mövzusunda plenar sessiyalar, rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası kimi aktual məsələlər müzakirə olunmuşdur.
2024-cü ilin noyabr ayında Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu COP29 çərçivəsində fəal iştirak etmişdir. Noyabrın 15-də Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) tərəfindən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" adlı yüksək səviyyəli plenar iclas təşkil olunmuşdur. Tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmiş, iqlim dəyişmələri ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolu müzakirə edilmişdir.
Həmçinin 2023-cü ilin dekabr ayında Parisdə keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transmilli Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanları İşçilərinin Qlobal Şəbəkəsinin (GLEN) iclasında Azərbaycanı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi təmsil etmişdir. Bu tədbirdə yüksək profilli cinayətlərin istintaqı və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Göründüyü kimi, Azərbaycan Respublikası Prokurorluğu beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlarla fəaliyyətini davamlı olaraq inkişaf etdirir və beynəlxalq təcrübəni ölkə daxilində tətbiq edir.
Daxili islahatlar
Prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai-siyasi sabitliyin qorunmasında mühüm rol oynayır. 2024-cü ilin birinci yarısında ölkə ərazisində 18,518 cinayət qeydə alınmış və onların 87.6 faizinin açılması təmin edilmişdir. Bu dövrdə qeydə alınan cinayətlərin sayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5.2 faiz azalma müşahidə olunmuşdur. Prokurorluq orqanları, həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində fəal iştirak edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu işğaldan azad olunmuş ərazilərdə hüquq sisteminin bərpası və inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
2024-cü ilin iyun ayında Baş Prokurorluğun təşkilatçılığı ilə işğaldan azad olunmuş Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə orqanlarının rolu" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda ətraf mühitin mühafizəsi, ekoloji hüquqların təminatı və hüquq-mühafizə orqanlarının bu sahədəki rolu müzakirə olunmuşdur.
Ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması çərçivəsində 14 aprel tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans təşkil olundu. Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbir müasir Azərbaycanın siyasi, hüquqi və ideoloji əsaslarını dərin təhlil etmək, Heydər Əliyev irsinin dövlətçilik tariximizdəki misilsiz rolunu yenidən nəzərdən keçirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Aprel ayında Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində tələbələrlə görüş keçirmişdir. Görüş zamanı gənclərin hüquqi maarifləndirilməsi, hüquq sahəsində karyera imkanları və hüquqi dövlətin qurulmasında gənclərin rolu müzakirə olunmuşdur. Bu tədbir gənclərin hüquqi biliklərinin artırılması və onların hüquq sisteminə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır. Şuşa şəhərində də Baş Prokurorluq tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Hüquqi inkişafda yeni mərhələ
Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında yaradılan Elmi-Məsləhət Şurası prokurorluq orqanlarının fəaliyyətinin elmi əsaslarla təkmilləşdirilməsi və hüquq sahəsində aktual məsələlərin müzakirəsi məqsədilə yaradılmış mühüm bir qurumdur. Şura hüquq elminin inkişafı və hüquq tətbiqetmə təcrübəsinin zənginləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayır.
Şuranın tərkibi prokurorluq əməkdaşları və veteranları ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyası və digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidmətinin akademiyalarının nümayəndələrini əhatə edir.
Elmi-Məsləhət Şurası, normativ hüququn təkmilləşdirilməsi və hüquqi praktikanın elmi əsaslara söykənməsi baxımından önəmli platformaya çevrilmişdir.
Səmərəli əməkdaşlıq modeli
Son dövrlərdə Azərbaycan Respublikası Prokurorluq orqanları ilə Azərbaycan Vəkillər Kollegiyası arasında səmərəli əməkdaşlıq münasibətləri formalaşmışdır. Əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı hörmət və hüquqi bərabərlik prinsipinə əsaslanan dialoq qurur, vəkillərin prosessual hüquqlarının qorunmasına nəzarət edir və tədris, konfrans və elmi diskussiyalarda birgə iştirak edirlər.
Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Vəkillər Kollegiyası arasında imzalanmış mnlaşma memorandumu bu əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir. Memorandum tərəflərin hüquqi fəaliyyətlərində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və insan hüquqlarının müdafiəsi sahəsində birgə layihələrin həyata keçirilməsi məqsədi daşıyır. Bu sənəd, həmçinin prokurorluq orqanları ilə vəkillər arasında qarşılıqlı etimadın və əməkdaşlığın artırılmasına xidmət edir.
Baş Prokurorluq vəkillik təsisatının inkişafına xüsusi diqqət yetirir. Vəkillər Kollegiyasının sədri Anar Bağırov Baş prokuror Kamran Əliyevin vəkillik təsisatına göstərdiyi diqqəti yüksək qiymətləndirərək prokurorluq və vəkillik arasında qurulan əməkdaşlığın insan hüquqlarının müdafiəsinə xidmət etdiyini vurğulamışdır. 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən keçirilən tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğu "Vəkillərin dostu" mükafatına layiq görülmüşdür.
Vəkillər Kollegiyası və Baş Prokurorluq beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək hüquq sahəsində təlim və seminarların təşkilində birgə fəaliyyət göstərirlər. Bu ilin fevral ayında Vəkillər Kollegiyası nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasına səfər etmiş və akademiyanın rəhbərliyi ilə görüşlər keçirmişdir. Görüşdə akademiya rəsmiləri Baş Prokurorluq ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini vurğulamışlar.
Baş Prokurorluq və Vəkillər Kollegiyası arasında möhkəmlənmiş əməkdaşlıq, insan hüquqlarının müdafiəsi və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addım olmaqla, hüquqi dövlət quruculuğuna və cəmiyyətdə ədalət mühakiməsinin təmin olunmasına əhəmiyyətli töhfə verir.
Beləliklə, Azərbaycan Respublikası Prokurorluğu müasir hüquqi sistemin əsas sütunlarından biri kimi, yalnız cinayət təqibi funksiyasını deyil, eyni zamanda hüququn inkişafında və ədalətə çıxış imkanlarının genişlənməsində strateji rol oynayır. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və yeniliklər bu orqanın daha çevik, şəffaf və ictimaiyyətə açıq bir struktura çevrilməsini təmin etmişdir.
İlhamə HƏSƏNOVA,
Azərbaycan Respublikası Vəkillər
Kollegiyası Rəyasət Heyətinin və
Baş Prokurorluq yanında Elmi-Məsləhət Şurasının üzvü.

“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55