Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
2023-09-27 , 12:13

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində (STM) 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Zəfərə aparan yol” adlı tədbir keçirilib.

STM-in nəzdində olan tibb müəssilərində çalışan şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir Vətən uğrunda canlarını fəda etmiş igid oğulların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb. 
Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən Yenilik.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb.
S. Sadıxova rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd olunub ki, rəhbərlik etdiyi təşkilat  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maddi dəstəyi ilə "Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində "Bayfilm" MMC tərəfindən "Missiya" adlı film ərsəyə gətirilib. 
Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Tərlan Rzayevin anası, STM-in Uşaq Xəstəxanasının əməkdaşı Simnarə Səlimova çıxış edərək bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb oldu. O qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq.
Digər çıxış edənlər - STM-in Müharibə iştirakçıları ilə koordinasiya şöbəsinin əməkdaşı İntiqam Əsgərli, Mühafizə və təhlükəsizlik bölməsinin müdiri, Vətən müharibəsi Mahir Məmmədov və Namiq Əliyev  müqəddəs yolda canlarını fəda edən, bizə böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb.
Sonda  tədbir iştirakçıları "Missiya" adlı qısametrajlı bədii filmi izləyiblər.
Qeyd edək ki, filmin bəzi epizodları TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında lentə alınıb.
Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
ƏtraflıAd - 00:24

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.