Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO

“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO

“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO
2026-06-28 , 20:35

“Çox olub ki, serialda məni görüb tamaşalarımı izləməyə gəliblər. Təəccübləniblər ki, serialda gördükləri o əzazil insandan əsər-əlamət yoxdur. Mən də təsadüfən şirin bir ayı rolunda tamaşada çıxış etmişəm (gülür). Tamaşadan sonra valideynlər fikirlərini bölüşüblər, ünvanıma xoş sözlər deyiblər və hətta məni qucaqlayıb öpüblər. Düşünürəm ki, tamaşaçılar məni mənfi yaxud da müsbət roluma görə çox istəmirlər, hər rolu yaxşı oynadığıma görə sevirlər, izləyirlər”.

Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının aparıcı aktyoru Niyaz İlyasoğlu deyib.
O daha sonra əlavə edib
“Yuxu kimi” serialı Atv kanalında yayımlananda mənə qarşı tamaşaçı təzyiqi çox idi. O zaman bir az usanırdım ki, niyə belə edirlər? Niyə anlayış göstərmirlər? Çünki mən rolumu ifa edirdim. Əlbəttə ki, tamaşaçıların əksər hissəsi başa düşürdü ki, bu roldur. Çox az bir qismi isə yalnış anlayırdı. Onlar elə bilirlər ki, mən pis insan olduğum üçün mənfi rolları oynayıram. O ki, qaldı müsbət rollara.. Özüm də bu haqda fikirləşmişəm. Ard-arda, daimi mənfi rolların ifaçısı olmaq istəmirəm. Müsbət rollarım da var. Hətta bir-iki layihə olub ki, rejissordan xahiş etmişəm ki, mənə müsbət rol versin.. Müsbət rollar özüm üçün də dəyişiklik olar. Çünki daimi eyni rolları oynayan aktyorlar eyni ampluada möhürlənirlər.. Bu məni də çox narahat edir. Teatrda belə hallar nisbətən rahatdır. Çünki eyni tamaşanı sən istəsən də eyni cür oynaya bilməzsən. Bu sənin əhval-ruhiyyəndən, tamaşaçının enerjisindən asılıdır. Əlbəttə ki, dəyişir. Düzdür, yorulduğum, bəyənmədiyim, sadəcə oynamağa məcbur olduğum tamaşalar da olub. Amma əksər tamaşaları zövq alaraq oynayıram. Aktyor fərqli rollar oynamalıdır ki, həm tükənməsin, həm də tamaşaçını bezdirməsin” deyə aktyor bildirib.
Niyaz İlyasoğlu çalışdığı teatrın kollektivini yerə-göyə sığdırmayıb:
“Mən artıq 16 ildir ki, Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Təbii ki, bu qədər seriallara çəkildiyim üçün mənə şərait yaratdıqlarına görə teatrın rəhbərliyinə təşəkkürümü bildirirəm. Teatrımızın direktoru, əməkdar artist İntiqam Soltan hər zaman deyir ki, teatr simanın arxasında gizlənməyi bacarmalıdır. Bəzi direktorlar düşünə bilər ki, aktyorum gedib serialda çəkilsə teatrdakı işi qalacaq. Amma bizdə tam fərqlidir. Aktyorun serialda çəkilməyi teatr üçün xeyirdir. Çünki serialda, filmdə aktyoru görən tamaşaçı bilet alıb teatra gələcək. Çox mehriban kollektivik. Bəzi hallarda olur ki, teatrdakı məşqim serialdakı çəkilişimlə üst-üstə düşür. Bu zaman kollektivdəki həmkarlarımla yerdəyişmə edirəm. Başqa kollektivlərdə ola bilər ki, sən bunu edə bilməzsən, amma biz kollektivdə bir-birimizə şərait və imkan yaradırıq. Bizim biri-birimizə sağlam rəqabətdən başqa bir umacağımız yoxdur. Biz sadəcə işimizi yaxşı görməyə çalışırıq, tamaşanın baxımlı olmasını istəyirik. Biz rol davası etmirik. Əksinə, teatrımıza yeni gələn gənclərə deyirik ki, gəl kömək edək sən də bu rolu oyna. Kollektiv bir az kiçik olduğuna görə burada intriqaya da yer qalmır. İstər-istəməz hər kəs bir-biri ilə mehriban olur. Çünki qeyri-səmimi insan yığcam kollektivdə qala bilmir. Biz bacardığımız qədər gəncləri də öyrədirik” deyə aktyor bildirib.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.