Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ər çörəyi yeyəndə kökələcəm" - Azərbaycanlı model

"Ər çörəyi yeyəndə kökələcəm" - Azərbaycanlı model

2026-07-01 , 17:39

Model Səmra Hüseynova sosial şəbəkədə paylaşdığı açıqlama ilə müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, model ideal görünüş naminə yaşadığı çətinliklərdən danışaraq izləyicilərini həddindən artıq arıq olmağa həvəslənməməyə çağırıb.
Hazırda 43 kiloqram çəkidə olduğunu deyən Səmra Hüseynova bunun peşəsi ilə əlaqədar məcburiyyətdən irəli gəldiyini bildirib.
"43 kiloyam. Mənim kimi arıq olmağı arzulamayın. Model olduğum üçün bədənimlə pul qazanıram və bu çəkidə qalmağa məcburam. Amma bu, hər kəs üçün sağlam və təhlükəsiz deyil. Bunun çox çətin və ağrılı tərəfləri var. Bəzən anoreksiya ilə üzləşirəm, çox əziyyət çəkirəm", - deyə o qeyd edib.
Şəxsi həyatı ilə bağlı da danışan model gələcək planlarına toxunaraq zarafatla bunları əlavə edib:
"Nə vaxt ailə qursam, ər çörəyi yesəm, onda heç nəyə fikir vermədən yemək yeyəcəyəm və kökələcəyəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.