Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Kökəlmisən" deyənlərə Zaurdan sərt reaksiya - Video

"Kökəlmisən" deyənlərə Zaurdan sərt reaksiya - Video

2026-07-21 , 08:59

Zaur Baxşəliyev artıq çəkisi ilə bağlı tənqidlərə cavab verib.

Yenilik.az xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşdığı videoda kökəlməsi ilə bağlı ünvanlanan suallara əsəbiləşib. Zaur bu mövzunun onu narahat etmədiyini deyərək bunları söyləyib:
"Özünüzə niyə dərd edirsiniz ki, kökəldim və ya arıqladım? Qarın da mənimdir, onu daşıyan sümük də, piy də, paltar da mənim. Qarnım kiməsə narahatlıq verirsə, problem yarana bilər. Amma onu özüm daşıyıramsa, niyə narahat olum? Kef edin, özünüzlə fəxr edin, özünüzü sevin. Özünüzə, bədəninizə dəyər verin. Ruhunuza, düşüncənizə baxın. Cism boş şeydir. İnsanın ruhu gözəl olmalıdır".
Aparıcı son vaxtlar bir qədər çəki aldığını da etiraf edib:
"5-6 kiloqram kökəlmişəm, amma bunu özümə dərd etmirəm. Hətta çox sevirəm. Daha da kökəlməmək üçün hər səhər yürüş edirəm. Qeyri-ənənəvi yollarla, süni müdaxilələrlə arıqlamağa cəhd göstərmirəm. Bunun ağır fəsadları ola bilər. Orqanizm yaşlandıqca müqaviməti azalır. Süni üsullarla arıqlamağın gələcəkdə çox pis təsirləri ola bilər".
Axşam.az 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.