“Qabırğalarım qırıq-qırıq idi...” - Möcüzə ilə sağ qalan müğənni
Bəzən bir hadisə insanın həyatını iki hissəyə bölür. Gənc müğənni Ayla Şiriyeva (Aila Rai) üçün bu, ötən il yanvarın 30-da baş verdi. Şahdağdan qayıdarkən baş verən ağır avtomobil qəzası onun həyatına təkcə fiziki deyil, mənəvi baxımdan da yeni bir mərhələ gətirdi.
“Qafqazinfo” olaraq Ayla Şiriyeva ilə söhbətimiz həm də insanın ən ağır məqamlarda belə necə ayaqda qala bilməsi, ümidini itirməməsi və bəzən özünü sıfırdan qurmalı olması barədədir.
- Yenidən yaradıcılığa başladınız. Yeni mahnınızda da sanki kimlərəsə mesaj göndərirsiniz...
- Çox adam elə başa düşüb ki, mən bu mahnı vasitəsilə kimlərəsə mesaj ötürürəm. Amma doğrudan da, heç kimə mesaj ötürmürəm. Bu layihəni sadəcə olaraq sırf “xatirələrim yenə vərəq-vərəq gözümdə canlandı” sözlərinə görə işlədim.
- İndi musiqi sizin üçün nə ifadə edir?
- Musiqi mənim üçün hər şeydir. 6 yaşımdan professional olaraq musiqi ilə məşğulam. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. İnstrumental ifaçılıq (fleyta) və fortepiano, eyni zamanda, caz-vokal üzrə. Ondan sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr, magistr pilləsi... Musiqi mənim üçün həyatdır.
- Ayla xanım, “həyatım alt-üst oldu” deyə bir ifadə var. Qəzanın sizin həyatınızda yaratdığı dəyişiklik göz qabağındadır. Bəs sizə qazandırdığı nə oldu?
- Mən, əslində, hər zaman şükür edən adam idim. Amma bu vəziyyətdən sonra daha çox, hər saniyə şükür etməyə başladım. Dedim ki, “Allah, çox şükür ki, əllərimi və ayaqlarımı mənə bağışlamısan”. Gerisi isə məndən asılıdır. Yəni əgər bir insan nəyisə istəyirsə, bu olacaq. Kimlər buna inanmırsa, inansınlar. Mənim bu həyatda qalmağım belə möcüzədir. Bu gün bu mübarizəni aparmağım belə böyük bir möcüzədir. Ona görə də hər saniyələrinə şükür etsinlər. Bu vəziyyətdə olan insanlar əsla düşünməsinlər ki, həyatları məhv oldu. Bəlkə də, sizin həyatınız indi başlayır. Necə ki, mənim həyatım yeni başlayır. Bu gün Allahdan mənə güc-qüvvət verməsini istəyirəm. Hərdən özümə sual verirəm: Mənə nə qədər güc verilib ki, bu hadisədən dəli olmadan çıxa bilirəm?!
- Həmin gün Şahdağdakı istirahətiniz necə keçmişdi?
- “Bir də geri dönüb təzədən gedərdinmi?” - desələr... Gedərdim, amma bəzi insanları çıxmaq şərtilə. Ora getdiyimə heç bir halda peşman deyiləm. Lakin bir-iki şəxs var idi ki, gərək onlar olmayaydı. Mən bunu yaşamalı idim və yaşadım. Betərin betəri də var, deyirlər. Ola bilərdi həmin gün orada yox, başqa yerdə, başqa bir şey yaşayardım. Bu vəziyyəti qəbullanmaq çox asandır. Amma mübarizə aparmaq çətindir.
- Müalicə müddəti sizin üçün fiziki və psixoloji baxımdan necə keçir? Gün ərzində nə qədər zamanınız gedir?
- Gün ərzində 7-8 saat fizioterapiyalarda, müalicələrdə oluram. Desəm ki, psixoloji olaraq çox asandır, hər şey əladır, yox. Bu ağrıları fiziki olaraq qaldıra bilərəm, amma psixoloji çox çətindir. Mənim o qədər güclü ağrılarım olub ki, onları heç kimə hiss etdirməmişəm. O ağrını gizlətməkdən əllərim dişlək-dişlək olub. Mənim içimdə qopan fırtınaları ancaq mən bilirəm. Hərdən hətta valideynlərimə belə deyirəm ki, siz nə qədər məni başa düşsəniz, mənə görə pis olsanız da, mənim içimdəkiləri bilə bilməzsiniz. Hərdən deyirəm ki, mənim ürəyim yara bağlayıb. Bu gün 27 yaşımda özümü 50 yaşlı qadın kimi hiss edirəm. Desəm ki, peşmanam, yox. Ən azından daha tez böyüdüm, gözüm açıldı. Ətrafımdakı insanları tanıdım. Başa düşdüm ki, kimlər məni həqiqətən sevir, kimlər isə sadəcə artistlik edir.
- Belə müalicələr həm də maddiyyat tələb edir. Bu vaxta qədər müalicəyə nə qədər xərciniz çıxdı? İcbari Tibbi Sığorta ilə qarşılandımı?
- Məbləğ deməyəcəyəm. Çünki bu mənim şəxsimdir və ailəmlə bağlı olan bir şeydir. Sadəcə onu deyim ki, mənim xalam və atam olmasaydı, indiki vəziyyətə gəlib çıxa bilməzdim. Onların dəstəyi mənimlə olub. Heç kim iddia edə bilməz ki, “biz Aylaya dəstək, kömək olmuşuq”. Cüzi dəstəklər, əlbəttə, olub. Hansı ki, mən də kiminsə yanına gedəndə o dəstəyi göstərmişəm. Amma ən böyük dəstək, dayaq ailəmdən olub. Yaxşı ki, atam var. Allah onu üstümdən əskik etməsin. Onu çox sevirəm. Mən həmişə ailəmə çox bağlı olmuşam, bu hadisədən sonra isə başa düşdüm ki, insana qalan ailəsi olur.
İcbari Tibbi Sığortadan isə mənə heç bir yardım edilməyib. Çünki müraciət etməmişəm. Ona görə ki, ayrılacaq olan o cüzi yardım mənə kömək olmayacaqdı. Bu vəziyyətdən çıxmaq çox böyük maddiyyat tələb edir.
- Xəstəxanada nə kimi çətinliklər yaşadınız? Ümumiyyətlə, hazırda qarşılaşdığınız problemlər, şikayətləriniz nələrdəndir?
- Mən özəl klinikada müalicə aldığım üçün heç bir şikayətim olmayıb. Vəziyyətim elə idi ki, özəl klinikadan başqa heç bir yerdə qala bilməzdim. Düşünün, qaldırmaq üçün 6-7 nəfər gəlirdi ki, məni o biri tərəfə çevirsinlər. Bütün qabırğalarım qırıq-qırıq idi.
- Musiqiçilərin qazancı, adətən, toylar, el şənliklərindən olur. Bəs sizdə necədir, qazancınız sizi təmin edə bilirmi?
- Hazırda mənim elə böyük qazancım yoxdur. Bu müddət ərzində öz tələbələrimi yetişdirirəm. İndiki qazancım da tələbələrimdəndir. Başqa qazancım yoxdur. Amma əvvəllər, təbii ki, toylara, el şənliklərinə də gedirdim. Öz qazancım da var idi.
- Təkərli arabada hərəkət edən adamlar bu gün Bakıda çox problemlərlə qarşılaşırlar. Keçidlərdə pandus məsələləri xüsusilə narahatlıq yaradır. İstər mediada, istərsə də sosial şəbəkələrdə xeyli paylaşımlar olur.
- Çox gözəl mövzuya toxundunuz. İnanın ki, bizim vəziyyətdə olan insanlar üçün, demək olar ki, şərait yaradılmayıb. Yanımızda adam yoxdursa, xüsusilə bir kişi yoxdursa, rahat hərəkət edə bilmirik. Buna bir tədbir görülməlidir. Doğuşdan belə problemi olanlar var, olduqca çətindir. Mən də bu problemlə qarşılaşıram. Günün 16-17 saatını mənimlə keçirən, yanımda olan rəfiqəm var. Mənim arabama güc verməkdən belində problem yaranıb. Çox çətindir.
- Xarici ölkələrdə belə şəxslər sosial mediadan daha çox istifadə edirlər və paylaşımlarında aktiv həyat tərzlərini, öz işlərini elə özlərinin həll edə bildiyini görürük. Bizdə isə belə şey nadir hallarda olur. Buna mane olan nədir? İctimaiyyətin baxışı, ya elə şəraitsizlik?
- Sosialda paylaşımlardan söhbət gedirsə, bu, çox zaman kompleksdən irəli gəlir. İnsanlar var ki, belə vəziyyətdə olduqları üçün kompleks keçirilər. Mən bu gün aktiv şəkildə paylaşımlar edirəm. Müalicəmi, mübarizəmi paylaşıram ki, insanlara dəstək olum. Bunu onlara motivasiya üçün edirəm. Çünki nə qədər çətin və ağrılı olduğunu bilirəm. Bu müddət ərzində də mənə çox insan yazıb. Başqalarına cavab verməsəm də, onlara mütləq cavab vermişəm. İnsan özünü olduğu kimi qəbul etməlidir. Bu gün mən arabadayam və araba mənim dostumdur. Bir gün onsuz da onu atacağam, amma bu gün əlimdən tutan odursa, niyə utanmalıyam?!
O ki qaldı təkərli arabada olan birinin küçədə tək gəzməsinə... Bu, onsuz da mümkün deyil. Ümumiyyətlə, onlar tək çıxmalı deyil. Çünki bu, risklidir, şərait də yoxdur.
- Yol qəzaları çox olur. Hər gün belə xəbərlərlə qarşılaşırıq. Özünüz də bunu yaşamış biri kimi, sizcə, problemin kökü nədədir?
- Sükan arxasında olan insanlar çox aqressiv şəkildə, sürətlə maşın sürürlər. Başa düşmürlər ki, sürət insanı ölümə aparır. Sürət həddin nə qədər aşağı olsa, yaşama şansın da bir o qədər çox olacaq. Həmin gün bizim sürətimiz çox olmasaydı, bu gün mən bu halda olmayacaqdım. Sürət var idi, amma boyunlarına da almırlar. Mən həmin vaxt sərnişin oturacağında idim və yatmışdım. Bizim avtoqəzaya baxan hər kəs deyir ki, burada 150-160 sürət var. Nə ehtiyac var idi elə sürətlə sürməyə? Sənin maşınında başqa ailənin övladı varsa, məsuliyyət daşıyırsan. Mən sürət sevən adam deyiləm. Xüsusilə maşınımda başqası varsa, 60-70-lə sürmüşəm. Gedərkən sükan arxasında olan mən idim və 110-luq yolda 60-70-lə sürdüm.
- Elə an olub ki, “artıq davam edə bilməyəcəyəm” demisiniz? Ayaqda qalmaq üçün özünüzdə gücü haradan tapdınız?
- 1 il 3 ay ərzində cəmi 5 dəqiqəlik demişəm ki, “yoruldum, mən artıq bezmişəm”. Amma səhər durmuşam və özümə demişəm ki, “Hansı ixtiyarla? Yorulmaq nədir? Sənin yorulmağa ixtiyarın yoxdur”. Bu olur arada, ağlayıram və sonra gözümün yaşını silirəm. Çünki ailəmin gözü qapıdadır ki, “qızımız nə vaxt yeriyəcək?” Mən bu mübarizəni özümə görə yox, ailəmə, anama, atama, sevdiklərimə görə aparıram.
- Bu dövrdə sizə ən çox dəstək olan insanlar kimlər oldu? Sizi ən çox təəccübləndirən dəstək kimdən gəldi?
- Yaxınlar mənə uzaq oldu, uzaqlar yaxın... Elə insanlar var idi ki, mənim yanımda olmalı idilər. Amma onlar yox, qəzadan sonra tanıdıqlarım yanımda olub. Ona görə də çalışın, sağlam olun. Çünki sağlam olmasanız, ailənizdən başqa heç kimə lazım olmursunuz. Nə sevgili, nə dost, nə başqa biri. Mənim çox yaxşı dostlarım var, yanımdadırlar. Sənət dostlarımdan da yanımda olanlar çox oldu. Amma çox yaxın bildiklərim yox, heç yaxınlıq gözləmədiklərim yanımda oldular. Mənimlə tez-tez maraqlananlar, Nura xanım, Ayaz Babayev və Hiss olub.
- Bu hadisədən sonra ən çox nəyi yenidən dəyərləndirməyə başladınız?
- Həyatı… Həyatı dəyərləndirməyə başladım. Artıq xırda şeylərlə də xoşbəxt ola bilirəm. Həyata tamam başqa gözlə baxıram. Mübarizə aparıram və həyatı sevirəm.
- Sizi izləyən və həyatlarının hansısa mərhələsində çətinlik yaşayan insanlara nə demək istərdiniz?
- Hər şey sizin beyninizdədir. Əgər onu təmiz saxlasanız və özünüzə inansanız, yaxşı olacaq. Heç vaxt düşünməyin ki, alınmayacaq. Mənə də deyirdilər ki, alınmayacaq, otura bilməyəcəksən. Amma mən oturmuşam. Özünüzü sevin, çünki siz özünüzü sevməsəniz, heç kim sizi sevməyəcək.
- Sonda sizdən bir ifa istəyəcəyik. Elə bir mahnı olsun ki, tam olaraq bu gün keçirdiyiniz hissləri ifadə etsin...
Uzun düşüncələrə dalıb, xeyli düşündükdən sonra canlı ifaya başlayır. Oxuduğu isə Adelin “Someone like you” mahnısıdır.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
"Bona Dea xəstəxanası nəyə görə Nəzrin Mansurovnın maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamır?"
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Qəzadan sağ qaldı, amma... – Yeriyə bilməyən müğənni 6 ay sonra ilk dəfə səssizliyini pozdu
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - Araşdırma
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Səyavuş Aslanın oğlu: "Deyirdilər ki, anamla Hacıbaba Bağırov sevgili olub"
Nəzakət Teymurova: Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər... - MÜSAHİBƏ
Sərdar Ortaçın vəziyyəti ağırlaşdı - hərəkət edə bilmir, xəstəxanaya yerləşdirildi 2026-06-13 , 13:02
Qəşəm Nəcəfzadə: "Kəramət dedi ki, 40 ildir birlikdəsiniz, bezməmisiniz?!" - VİDEO 2026-06-13 , 13:00
Bakıda tikinti şirkəti ilə sakinlər arasında NARAZILIQ - “Qlobal-99 MTK” - VİDEO 2026-06-13 , 12:57
Aynişan yenidən gəlinlik geyindi - VİDEO 2026-06-13 , 12:52
Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO 2026-06-13 , 12:48
"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO 2026-06-13 , 12:41
Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO 2026-06-13 , 12:38
"Elə kişi yoxdur ki, iri sinə xoşlamasın" - VİDEO 2026-06-13 , 12:34
Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin strateji baxışı və 2026–2030-cu illər Dövlət Proqramının mahiyyəti 2026-06-13 , 02:19
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim" 2026-06-12 , 17:28
Bakı Metropoliteni ilə bağlı 180 milyon dollarlıq kredit sazişi imzalandı - Bu stansiyalar yenidən qurulacaq 2026-06-12 , 17:27
"Qurtuluş"un rəhbəri hakim qarşısında... 2026-06-12 , 16:50
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz” 2026-06-12 , 16:39
"Yaxın saatlarda təkanlar gözlənilir" - Qurban Yetirmişli 2026-06-12 , 16:37
“Nazlanma”nın müəllifindən Vasif və Vəfaya: “Bunlar nə cür müğənnidir?” 2026-06-12 , 16:29
Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib 2026-06-12 , 16:28
"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?" - VİDEO 2026-06-12 , 15:40
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim” 2026-06-12 , 15:33
"Sənət adamının paxıllıq etməsi ucuzluqdur" 2026-06-12 , 15:31
Məşhur aparıcı ana oldu - VİDEO 2026-06-12 , 15:26
"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO 2026-06-12 , 15:21
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2-3 nəfər evinə çıxa bilir - VİDEO 2026-06-12 , 15:19
Həmin şagird hoteldə ölübmüş 2026-06-12 , 15:18
İlon Mask dünyanın ilk trilyonçusu oldu 2026-06-12 , 15:16
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu 2026-06-12 , 15:15
Maliyyə nazirindən önəmli açıqlamalar 2026-06-12 , 15:13
Xalq artistinin İrəvanda səslənən mahnısı: “Çünki o bəstədə həmin sözlərə ehtiyac vardı” 2026-06-12 , 15:12
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı 2026-06-12 , 15:11
Aysundan ŞOK AÇIQLAMA: "Dost sənin cibindir" - VİDEO 2026-06-12 , 15:06
"Bu, son evliliyimdir" - VİDEO 2026-06-12 , 14:59
Sahil Babayev parlamentdə nikbin danışdı 2026-06-12 , 14:55
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu 2026-06-12 , 10:48
Azərbaycan iqtisadiyyatında yeni mərhələ: dayanıqlılıq, şaxələndirmə və gələcəyə investisiya 2026-06-12 , 03:10
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama 2026-06-11 , 15:15
“Bravo”da zay kolbasa – FOTO 2026-06-11 , 15:07
Vəkillər Kollegiyasının nümayəndə heyətinin Naxçıvan səfəri - VİDEOİCMAL 2026-06-11 , 15:05
Məhərrəm ayı və Aşura gününün tarixi açıqlandı 2026-06-11 , 14:55
"Aktrisa botoks etdirməməlidir"- Dilarə Əliyeva 2026-06-11 , 14:52
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi 2026-06-11 , 14:49
Nigar Şabanovadan etiraf: “Sirlərimi saytlara ötürdülər” - VİDEO 2026-06-11 , 14:31
Xalq artistinin mahnısı ilə Paşinyanı təbliğ ediblər - VİDEO 2026-06-11 , 14:06
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur” 2026-06-11 , 14:05
Fədayə Laçının rus dili "imtahan"ı — VİDEO 2026-06-11 , 14:04
Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı 2026-06-11 , 14:02
Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU 2026-06-11 , 14:02