Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq
2026-07-28 , 13:02

Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.