Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Leysan, dolu, qar - Sabahın havası

Leysan, dolu, qar - Sabahın havası

Leysan, dolu, qar - Sabahın havası
2025-04-14 , 13:12

Aprelin 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.