Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Ötən gün qolaltı nahiyəsinə botoks etdirdikdən sonra sol qolunun iflic vəziyyətinə düşdüyünü bildirən qadının paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, son günlər botoks prosedurundan sonra səhhətində problem yarandığını bildirən şəxslərin sayı artıb.
Qolaltı nahiyəsinə botoks etdirən qadın sosial şəbəkədə paylaşım edərək bildirib ki, prosedurdan sonra sol qolu iflic vəziyyətinə düşüb:
“Artıq 4 gün keçib. Bu 4 gün ərzində getmədiyim həkim qalmayıb. Biri deyir sinir zədələnib, biri deyir zəhərlənmisən, digəri isə “10 gündən sonra gözündə də problem yarana bilər” deyir. Mən niyə bunları yaşamalı idim? Preparatın may ayında gətirildiyi deyilir, amma mən bu iynəni iyul ayında etdirmişəm. Bunun məsuliyyəti mənim yox, güvənib getdiyim kosmetoloqun üzərindədir. Bunların hamısının cavabı veriləcək. Qruplaşıb hər şeyi dərmanın üstünə atmaqla məsuliyyətdən yayınmaq olmaz. İnsanların sağlamlığı oyuncaq deyil”.
Artan şikayətlər fonunda bəzi estetik həkimlər də botoks prosedurlarını müvəqqəti dayandırdıqlarını açıqlayıblar. Həkimlərdən biri sosial şəbəkədə paylaşım edərək bildirib ki, son günlər həmkarlarından da oxşar şikayətlər eşidib:
“Bütün həkimlərə yazıram, hamıda vəziyyət belədir. Ona görə uzun müddət botoks istifadəsini dayandırıram. Sadəcə dolğu edəcəyik. Nə zaman firmalarda botokslar düzələr, o zaman işləyəcəyik. Rəsmi distributordan aldığımız botokslar da bizi hər kəs kimi məyus etdi. Belə halı illərdir yaşamamışdım.”
Hadisəni tibbi baxımdan şərh edən həkim-kosmetoloq Elnarə Rzayeva problemin preparatdan deyil, prosedurun düzgün icra olunmamasından qaynaqlandığını bildirib:
“Problem botoksda deyil, problemi proseduru düzgün icra etməyi bacarmayanlardadır. Bir çoxu məhsulun rəsmi olduğunu desə də, əslində qeyri-rəsmi botokslardan istifadə edir. Hətta belə hallarda da bu cür fəsadların yaranması mümkündür. Sadəcə prosedur düzgün icra olunmur və nəticədə bu kimi ağırlaşmalar baş verir. İnsanlar 50-60 manata etdirdikləri botoksdan başqa nə gözləyə bilərlər ki? Günah həkimlərdə deyil, ucuzluq axtaran insanlardadır. Ağıllı insan ucuzluğu yox, keyfiyyəti seçər. Botoksun əsas xüsusiyyəti əzələləri müvəqqəti iflic etməkdir. Deməli, belə bir halın baş verməsi mümkündür. Bunun canlı sübutu da artıq sizə müraciət edən şəxsdir. Bundan əvvəl də insanların belinə, boynuna və ayaq altına botoks vurulması nəticəsində uzun müddət hərəkət məhdudiyyəti yaşadığı hallar olub. Məsələn, bel və boyun nahiyəsinə vurulan botoksdan sonra 6 ay uzanıqlı qalanlar, ayaq altına vurulan botoksdan sonra isə 10 ay yeriyə bilməyənlər var. Hər halda, həmin şəxsin qolunun da bir neçə ay ərzində bərpa olunacağını düşünürəm.”
Məsələ ilə bağlı Bakupost.az-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirib ki, sonuncu dəfə Azərbaycana “Clostridium botulinum toxin type A” tərkibli preparat 2026-cı ilin iyun ayında idxal edilib, may ayında isə bu tərkibli preparat ölkəyə gətirilməyib.
Qurum qeyd edib ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda preparatın ticarət adı, seriya nömrəsi, eləcə də proseduru həyata keçirən klinika və ya həkim barədə məlumat göstərilmədiyi üçün konkret məhsulla bağlı qiymətləndirmə aparmaq mümkün deyil.Bildirilib ki, dövlət qeydiyyatından keçmiş və rəsmi qaydada idxal olunan bu tərkibli preparatların ekspertizası zamanı hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Analitik Ekspertiza Mərkəzi vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş, rəsmi idxal olunan preparatlardan istifadə edən lisenziyalı tibb müəssisələrinə müraciət etməyi tövsiyə edib. Qeyd olunub ki, qeydiyyatsız və mənşəyi məlum olmayan inyeksion estetik preparatlar insan sağlamlığı üçün ciddi risk yarada bilər.
Gülsüm Baxşəliyeva,
Bakupost


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev müşavirə keçirdi
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub” - 63 yaşlı kişi şikayətçidir
May ayında evliliklər uğursuz olur? - ŞOK açıqlamalar
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Estetik prosedurun daha bir qurbanı… – Ayağındakı deşikdən 10 aydır irin axır – FOTO
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Prezidentin İranın hücumu haqda fikirləri dünya mediasında - Fotolar
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
İlham Əliyev və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
Mahsun Kırmızıgül, Gülben Ergen və digərləri prokurorluğa çağırıldı 2026-07-27 , 17:37
"Tolikdən Günelə: "Ərə get, evdə qalmısan" - VİDEO 2026-07-27 , 17:25
İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıldı 2026-07-27 , 17:20
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb 2026-07-27 , 17:16
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət - VİDEO 2026-07-27 , 17:08
Rüfət Axundov "Volqa"sı ilə diqqət çəkdi - Video 2026-07-27 , 11:18
Nigarın qırmızı xalı tərzi diqqət çəkdi - VİDEO 2026-07-27 , 08:48
Vüsalənin bağı - Video 2026-07-27 , 08:32
Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina – FOTO 2026-07-27 , 08:27
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“ - VİDEO 2026-07-27 , 07:58
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi 2026-07-27 , 07:57
Araz Ağalarov gənc xanımı ilə “DreamFest”də - VİDEO 2026-07-27 , 07:55
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu- VİDEO 2026-07-27 , 07:51
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO 2026-07-27 , 07:46
Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - VİDEO 2026-07-27 , 07:45
Günelin atası və qardaşı ilə rəqsi - Video 2026-07-26 , 12:45
Aktrisa Zülfiyyə Qurbanova: "İnsanlar ağrılarımı görüb hücum çəkməsinlər deyə maskalanıram" - VİDEO 2026-07-26 , 12:42
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 2026-07-26 , 12:36
Səidə və Rəqsanə tədbirdə bir araya gəldi – Video 2026-07-26 , 12:33
"Aktyor qalıb kənarda, ancaq ilanı soruşurlar"-Əməkdar artistin səhhəti necədir?-AÇIQLAMA 2026-07-26 , 12:26
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi - VİDEO 2026-07-26 , 12:21
Nazirin oxu hədəfdən yayınmadı- Video 2026-07-26 , 12:17
Dənizdə batan Ümid müstəntiq işləyirmiş 2026-07-26 , 12:12
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi 2026-07-26 , 12:10
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu 2026-07-26 , 10:30
Xalq artisti imicini dəyilşdi - VİDEO 2026-07-25 , 15:48
Tramp huşunu itirib yıxıldı - VİDEO 2026-07-25 , 15:35
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı 2026-07-25 , 15:25
Tramp yenidən prezidentliyə namizəd olacaq 2026-07-25 , 15:24
Şəmkirdə 12 yaşlı qız öldürüldü - 16 yaşlı bacısı saxlanıldı 2026-07-25 , 15:19
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin 2026-07-25 , 15:12
Dilara Kazımova "çoban" obrazında - VİDEO 2026-07-25 , 12:41
Əməkdar artisti ilan sancdı 2026-07-25 , 12:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI) 2026-07-24 , 23:35
Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam” - VİDEO 2026-07-24 , 23:28
ETN-nin özəl ali təhsil siyasəti varmı? BQU niyə unudulur? 2026-07-24 , 23:11
“Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək” 2026-07-24 , 23:10
Mədəniyyət Nazirliyi AYB-yə qarşı 2026-07-24 , 23:08
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü 2026-07-24 , 23:02
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO 2026-07-24 , 22:56
“Space TV“ Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı 2026-07-24 , 22:53
Emin Ağalarovun xanımı tərzi ilə göz qamaşdırdı - FOTOLAR 2026-07-24 , 16:52
Aybəniz Haşımova: "Aynişan artıq öz adını yaddaşlara yazdı" - VİDEO 2026-07-24 , 16:22