O bildirir ki, bu illər ərzində həmin obyektlərə böyük həcmdə şəxsi investisiya yatırılıb, əsaslı təmir işləri aparılıb, bahalı avadanlıqlar alınıb, müasir xidmət infrastrukturu yaradılıb və minlərlə yerli sakinlə yanaşı, ölkəmizə gələn xarici turistlər üçün də tanınmış məkanlara çevrilib. Lakin bir müddət əvvəl İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin boşaldılması tələb olunub.
A.Nəcəfli deyir ki, ona obyektlərin dövlət layihəsi çərçivəsində istifadə olunacağı bildirilib: “Qoruğun rəhbərliyi mənə bildirdi ki, obyekt dövlət layihəsi üçün lazımdır. Mən də dövlət maraqlarını hər şeydən üstün tutaraq buna razılıq verdim. Sonradan isə gördüm ki, mənim illərlə yaratdığım obyekt – “Qız Qalası Çay Evi” başqa şəxslər tərəfindən istifadə olunur. Obyektin dizaynı, quruluşu və yaratdığım konsepsiya olduğu kimi saxlanılıb, sadəcə kosmetik dəyişikliklər edilib”.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib:
“Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasına məktub yazaraq bildirdim ki, məni aldadaraq obyekti əlimdən alıblar. Dövlət layihəsi adı ilə obyekt götürülüb, lakin sonradan şəxsi maraqlar üçün istifadə edilir”.
Sahibkar iddia edir ki, “Old Mangal” və “Sehirli Təndir” restoranları üzrə də analoji vəziyyət yaranıb. Əvvəllər mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətləri sonradan 6 aylıq müqavilələrlə əvəz olunub və müddət başa çatdıqdan sonra müqavilələrə xitam verildiyi bildirilib:
“Səbəb kimi guya icarə haqqını gecikdirdiyimi göstərirlər. Halbuki mənim icarə haqqı üzrə borcum yoxdur. Mənə 3 gün vaxt verdilər ki, obyektləri boşaldım. Mən qanunun aliliyinə istinad edərək bildirdim ki, yalnız məhkəmə qərarı olduğu halda obyekti tərk edə bilərəm. Bundan sonra heç bir məhkəmə qərarı olmadan obyektlərin elektrik enerjisi kəsildi. Halbuki həmin vaxt restoranlarda həm yerli müştərilər, həm də xarici turistlər var idi”.
A.Nəcəfli onu da bildirir ki, obyektlər üzrə icarə müqavilələri əvvəlcə onun adına bağlansa da, sonradan Qoruq İdarəsinin də razılığı ilə tərəfdaşlarının adına rəsmiləşdirilib. Onun sözlərinə görə, “Qız Qalası Çay Evi” Məzahir Məmmədlinin, “Old Mangal” Rauf Abdullayevin, “Sehirli Təndir” isə Nazim Əzizovun adına sənədləşdirilib:
“Sadaladığım şəxslər mənim dostlarım, tərəfdaşlarımdır. Məzahir Məmmədli I Qarabağ müharibəsi veteranıdır, ikinci qrup əlildir. Mən adıçəkilən ictimai iaşə obyektlərinin təsisçisiyəm, lakin biz bu məkanları birgə idarə edirik”.
O qeyd edir ki, rəhbərlik etdiyi restoranlar İçərişəhərin turistlərin ən çox üz tutduğu ərazilərindən birində yerləşir və illər ərzində ölkə rəhbərliyi, eləcə də xarici dövlət rəsmiləri tərəfindən də ziyarət olunub: “Cənab Prezident, Birinci vitse-prezident dəfələrlə “Sehirli Təndir” restoranımızın qonağı olublar. Eyni zamanda, müxtəlif xarici dövlətlərin yüksəkvəzifəli rəsmiləri və nümayəndə heyətləri də restoranımızda qonaq olaraq xidmətimizdən məmnun qalıblar”.
Sahibkarın sözlərinə görə, İçərişəhərdə fəaliyyət göstərən sahibkarların əksəriyyəti formal olaraq qısamüddətli, adətən 6 aylıq icarə müqavilələri imzalasalar da, onlara uzunmüddətli fəaliyyət göstərəcəkləri barədə etimad yaradılıb:
“Məhz bu inam nəticəsində sahibkarlar milyonlarla manat olmasa da, böyük həcmdə vəsait xərcləyərək obyektləri bərpa edir, dizaynını qurur, avadanlıq alır, müştəri bazası formalaşdırır və həmin məkanların turizm potensialını artırırlar. Lakin bütün bu investisiyalara baxmayaraq, son vaxtlar müxtəlif bəhanələrlə, hətta “yuxarıdan tapşırıq var” ifadəsi ilə icarə müqavilələrinə xitam verirlər. Müqavilə müddəti başa çatdıqdan sonra icarə haqları artırılır. Məsələn, 6 min manatlıq icarə haqqı 10 min manata, 10 min manatlıq icarə haqqı isə 15 min manata qaldırılır. Artan icarə haqları sahibkarları xidmət və məhsulların qiymətlərini artırmağa məcbur edir. Sahibkarın fəaliyyəti yalnız icarə haqqının ödənilməsindən ibarət deyil. Hər bir ictimai iaşə obyektinin gündəlik fəaliyyəti böyük maliyyə yükü tələb edir. Kommunal xidmətlər, ərzaq məhsullarının alınması, əməkhaqqı fondu, vergilər, sosial ödənişlər, avadanlıqların saxlanılması və digər cari xərclər sahibkarın üzərinə düşür. Bu səbəbdən icarə haqlarının qəfil və əsaslandırılmadan artırılması nəticə etibarilə xidmətlərin qiymətinə də təsir göstərir və həm sahibkara, həm də istehlakçıya əlavə yük yaradır. Qiymətlərin yüksəlməsi restoran və digər obyektlərə gələn müştərilərin, xüsusilə turistlərin sayının azalmasına səbəb olur. Mövcud vəziyyət səbəbindən bir çox sahibkar zərərlə işləmək məcburiyyətində qalır. Ümumiyyətlə, hesab edirəm ki, müqavilələrin belə qısa müddətə bağlanması sahibkarlar üçün risk yaradır. İcarə müqavilələrinin cəmi 6 aylıq müddətə bağlanması sahibkarlar üçün ciddi risk yaradır. Sahibkar hər hansı obyektə daxil olarkən təmirə, avadanlığa, məhsula və digər zəruri xərclərə böyük məbləğdə vəsait yatırır. Lakin 6 ay sonra ona obyektin boşaldılması tələb olunur ki, bu da sahibkarın çəkdiyi xərcləri və etdiyi sərmayəni geri qaytarmasına imkan vermir. Heç bir sahibkar bu qədər böyük maliyyə yükünü yalnız 6 aylıq fəaliyyət üçün üzərinə götürmək istəməz. 6 aylıq müddət biznesin qurulması və qoyulan investisiyanın geri qazanılması üçün kifayət qədər uzun müddət deyil və sahibkarlar üçün qeyri-müəyyənlik yaradır”.
A.Nəcəfli deyir ki, narazılıq doğuran digər məsələ isə bütün icarəçilərə eyni yanaşmanın tətbiq edilməməsidir:
“Bəzi sahibkarlara münasibətdə fərqli yanaşma mövcuddur. Tanış çevrələrivə daha aşağı icarə haqları tətbiq olunur, digər sahibkarlara isə daha yüksək məbləğlər müəyyən edilir. Bu da biznes mühitində bərabər rəqabət prinsipləri ilə bağlı suallar yaradır. Ona görə də bu yanaşmaya son qoyulmalı və bütün icarəçilərə ədalətli münasibət göstərilməlidir”.
Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirərək hesab edir ki, yaranmış vəziyyət hüquqi qiymət almalıdır:
“Bu obyektlərə illərlə öz vəsaitim hesabına böyük sərmayə yatırmışam. Vergilərimi, sığorta və digər ödənişləri vaxtında etmişəm, işçilərə əməkhaqqı vermişəm. Hazırda böyük kredit öhdəliklərim də var. Buna baxmayaraq, fəaliyyətimə maneələr yaradılır. Mən artıq bununla bağlı məhkəməyə müraciət edəcəyəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxışlarında sahibkarlığın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, investisiyaların qorunmasının, hüquqi sabitliyin təmin edilməsinin və sahibkarlara qanunsuz müdaxilələrin yolverilməzliyinin dövlət siyasətinin əsas prinsiplərindən olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə çoxsaylı islahatlar aparılıb, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib. Hesab edirəm ki, mənimlə bağlı yaranmış vəziyyət də Prezidentin sahibkarların müdafiəsi ilə bağlı müəyyən etdiyi siyasətə və verdiyi tapşırıqlara uyğun şəkildə obyektiv araşdırılmalı, hüquqlarım bərpa olunmalıdır”.
(E-huquq.az)







İlham Əliyev müşavirə keçirdi
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Azərbaycanda kazino biznesinə icazə verilərsə BÜDCƏ NƏ QƏDƏR QAZANAR?
İlham Əliyev Quzeyxırmanda - FOTOLAR
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev 8 fərman imzaladı
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin açıqlaması
Prezidentin xüsusi nümayəndəliyindən Sərdar Cəlaloğluna SƏRT CAVAB
İlham Əliyev və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
EMİN HÜSEYNLİ VƏ DİGƏRLƏRİNİN İŞİ…-FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI) 2026-07-24 , 23:35
Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam” - VİDEO 2026-07-24 , 23:28
ETN-nin özəl ali təhsil siyasəti varmı? BQU niyə unudulur? 2026-07-24 , 23:11
“Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək” 2026-07-24 , 23:10
Mədəniyyət Nazirliyi AYB-yə qarşı 2026-07-24 , 23:08
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü 2026-07-24 , 23:02
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO 2026-07-24 , 22:56
“Space TV“ Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı 2026-07-24 , 22:53
Emin Ağalarovun xanımı tərzi ilə göz qamaşdırdı - FOTOLAR 2026-07-24 , 16:52
Aybəniz Haşımova: "Aynişan artıq öz adını yaddaşlara yazdı" - VİDEO 2026-07-24 , 16:22
Prezidentin Türkiyəyə səfir təyin etdiyi şəxs kimdir? – DOSYE 2026-07-24 , 16:05
Prezidentdən FƏRMAN 2026-07-24 , 15:57
"Ölümü aldadıb bu yaşa gəlmişəm" 2026-07-24 , 15:55
Lavrov İrana gedəcək 2026-07-24 , 15:53
85 baş qoyunla yoxa çıxan Ramizin atasından AÇIQLAMA - VİDEO 2026-07-24 , 15:50
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO 2026-07-24 , 15:44
"Azərbaycan məsələsi. Xəyanətin şəkli olmur" - Mirşahin Ağayevin verilişiVİDEO 2026-07-24 , 15:42
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama 2026-07-24 , 15:38
Bakıda bu universitet BAĞLANIR - Köçürülmə prosesi açıqlandı 2026-07-24 , 15:37
"Space" TV-nin bank hesablarına həbs qoyuldu
Azərbaycan Türkiyəyə yeni səfir təyin etdi 2026-07-24 , 14:30
Dövlət başçısı Rəşad Məmmədovla bağlı sərəncam imzaladı 2026-07-24 , 14:10
Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM 2026-07-24 , 14:00
Prezident "Kraudfandinq haqqında" qanunu təsdiqlədi - 6 ay sonra qüvvəyə minəcək 2026-07-24 , 13:50
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək 2026-07-24 , 13:40
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək 2026-07-24 , 13:30
Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar 2026-07-24 , 08:51
Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər 2026-07-24 , 08:49
Azər Həsrət Qulu Məhərrəmlinin yazışmalarını paylaşdı - "Tüpürüm sənə də, sənin..." 2026-07-24 , 08:47
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Türkiyənin tanınmış sosial media fenomeni həbs edildi 2026-07-24 , 08:39
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI 2026-07-24 , 08:37
İran tankeri ABŞ blokadasını yardı 2026-07-24 , 08:34
"Xanımlar, kişilərin arxasınca qaçmayın" - Video 2026-07-24 , 08:32
Mehdiyevlərin bankı BOKT oldu 2026-07-24 , 08:31
Putinin köməkçisi Azərbaycana gəldi - FOTOLAR 2026-07-24 , 08:29
“Mənzilimi versinlər, Ağdama köçəcəyəm” - Tacir Şahmalıoğlu 2026-07-24 , 08:24
Boşanma xəbərindən sonra belə görüntüləndi - Video 2026-07-23 , 16:02
Ramiz Mehdiyevin ailəsinin maliyyə şirkəti yenidən diqqət mərkəzində - Vergi borcu... 2026-07-23 , 15:59
“Akkord”un binasında FACİƏ 2026-07-23 , 15:58
Ermənistan Prezidenti xəstəxanalıq olub 2026-07-23 , 14:43
Bakıda sürücü autizmli uşağı avtobusa qoymadı - VİDEO 2026-07-23 , 14:22
Dövlət başçısı məcburi köçkünlərlə bağlı qanuna dəyişikliyi təsdiqlədi 2026-07-23 , 14:20
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE 2026-07-23 , 14:07
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT 2026-07-23 , 11:17
Əməkdar artist Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi - VİDEO 2026-07-23 , 11:15