Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT

Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT

Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
2026-07-23 , 11:17

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb. Obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.

Yenilik.az xəbər verir ki, Gununsesi.info-niun yaydığı xəbərə görə, məşhur bazarın satılması ilə bağlı ilk hərrac avqustun 11-də baş tutacaq. Bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.
Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir. pizza hut
Xatırladaq ki, bundan əvvəl E. Vəliyevə məxsus  20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılmışdı. Bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmamışdı.
Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla və 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.