Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda sertifikatsız çalışan həkim işdən çıxarılıb

Sumqayıtda sertifikatsız çalışan həkim işdən çıxarılıb

Sumqayıtda sertifikatsız çalışan həkim işdən çıxarılıb
2026-07-23 , 09:04

Sumqayıt şəhərində fəaliyyət göstərən "Cahangir-2020 Lor Center" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub.

Məlumata görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi tərəfindən MMC-də yoxlama zamanı sözügedən özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan  Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6 min manat cərimə edilib.
Eyni zamanda, həkim Nurlan Bəylərovun da işinə xitam verilib.
Ətraflı "Xəzər Xəbər"in süjetində:






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.