Nigar Rüfəti himayə edən kimdir?
Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən, “NNS Klinika” MMC-yə məxsus özəl tibb müəssisəsində apardığı plandankənar yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlayıb. Bununla əlaqədar olaraq, müəssisənin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırıldı. Həmçinin məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də rəsmi müraciət ünvanlandı.
Bu məlumatı oxuyan hər kəs ilk baxışda dövlət qurumunun vətəndaşların sağlamlığının keşiyində dayandığını düşünə və belə prinsipial mövqeyi alqışlaya bilər. Lakin məsələni daha dərindən araşdırdıqda məlum olur ki, AEM-in bu prinsipiallığı bütün özəl tibb müəssisələrinə münasibətdə eyni şəkildə tətbiq edilmir.
Buna misal olaraq “Laser Beauty Clinic”in “28 May” filialını göstərmək olar. Uzun illərdir həmin klinikada müvafiq tibbi ixtisas təhsili olmayan Nigar Rüfət adlı şəxs kosmetoloq kimi fəaliyyət göstərir və pasiyentlərə müxtəlif kosmetoloji prosedurlar tətbiq edir.
Qeyd edək ki, hələ bu ilin yanvar ayında Analitik Ekspertiza Mərkəzi Qaynarinfo-nun sorğusuna cavab olaraq Nigar Rüfətin Tibbi Kadrların Vahid Məlumat Reyestrində olmadığını təsdiqləmişdi (https://qaynarinfo.az/az/sehiyye-nazirliyi-qanunsuz-fealiyyet-goesterenlere-qarsi-niye-susur-3):
“Səhiyyə Nazirliyinin Tibbi Kadrların Vahid Məlumat Reyestrində Nigar Rüfətin adı yoxdur. Vətəndaş estetik (plastik) əməliyyat etdirməzdən əvvəl seçdiyi həkimin bu sahə üzrə praktik tibb fəaliyyətinə icazəsinin olub-olmadığını Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi siyahı vasitəsilə yoxlaya bilər”.
Bundan təxminən bir ay sonra – fevralın 20-də isə Analitik Ekspertiza Mərkəzi bu filialda apardığı yoxlama zamanı Nigar Rüfətin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi çalışdığını bir daha rəsmi şəkildə açıqlayıb
Buna baxmayaraq, daha əvvəl də qanunsuz fəaliyyəti ilə bağlı adı hallanan bu şəxs fəaliyyətini heç bir maneə olmadan davam etdirir. Nigar Rüfət “Bynikol” adlı “Instagram” hesabında sözügedən ünvanda həyata keçirdiyi kosmetoloji prosedurlardan görüntülər paylaşır, müxtəlif endirim kampaniyaları elan edir və müştəri qəbul etdiyini açıq şəkildə nümayiş etdirir.
“Kosmetoloq”un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun “Laser Beauty Clinic”in “28 May” filialında fəaliyyət göstərdiyini təsdiqlədi və kampaniya ilə bağlı ətraflı məlumat verdi.
Bu vəziyyət haqlı olaraq bir sıra suallar doğurur: Analitik Ekspertiza Mərkəzi nəyi gözləyir? Qanunsuz fəaliyyət göstərən bir şəxsin pasiyentlərdən birinə ciddi zərər vurmasınımı? Niyə digər klinikalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edən dövlət qurumu bu halda eyni prinsipial mövqe nümayiş etdirmir?
İstər-istəməz belə bir ehtimal yaranır ki, bəlkə də Nigar Rüfəti Səhiyyə Nazirliyində himayə edən müəyyən şəxslər var.
Qurumun az qala dövlət sirri kimi qoruduğu bu yoxlamanın nəticəsini isə məhkəmə instansiyası açıqlayıb. Xitab24.az-ın əldə etdiyi məlumata görə, “LBC” MMC-yə məxsus filialda yoxlama zamanı şəhadətnaməsi olmadan kosmetoloji iş üzrə praktik fəaliyyət aşkarlanıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddənin tələblərini pozan Rəna Soltanovanın şirkəti 6000 manat cərimələnib.
Qeyd edək ki, 2025-ci ildə Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında da nöqsanlar aşkar edilmişdi. Bu səbəbdən bu filialın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdu.
İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in Yasamal filial üzrə lisenziya əlavəsinin keçərliliyini müddətli dayandırmışdı.
Göründüyü kimi adı çəkilən klinikanın adı illərdir eyni mövzuda hallarda hallanır, amma hələ də fəaliyyətini davam etdirir. Elə isə sual yaranır, aidiyyatı qurumlar nəyi gözləyir, niyə yekun, həlledici addımlar atılmır? Görəsən “Laser Beauty Clinic”ə belə isti və yumşaq münasibətin arxasında hansı maraqlar dayanır?
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Texniki Universiteti bitirən Nigar Rüfət necə həkim olub?
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda təşkil ediləcək - SİYAHI
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Nigar Rüfətin qanunsuz fəaliyyəti üzə çıxdı, amma pasiyent qəbul edir – Nazirlik niyə susur?!
Dövlət qurumu "Laser Beauty Estetik" klinikasını məhkəməyə verdi
“Laser Beauty Clinic” nazirliyin qərarına əməl etmir: Fəaliyyətini davam etdirir
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
“İstanbul NS”də müəmmalı ölüm - Cinayət işi niyə açılmır?
Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş...
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Bəs deyirdilər bağlanıb?! – Qalmaqallı estetik klinika pasiyentləri qəbul edir
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İradə İbrahimova: "Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər" - VİDEO 2026-07-10 , 13:05
Özbəkistan Prezidenti Allahşükür Paşazadəyə "Xalqın və Vətənin Hörməti" ordenini təqdim edib 2026-07-10 , 12:59
Prezident Fərman imzaladı 2026-07-10 , 12:58
“Tramp armuda dırmaşmış ayını xatırladır - armudun yaxşısını da ayı yeyər...” 2026-07-10 , 12:55
Məşhur tiktoker ana olacağını açıqladı - VİDEO 2026-07-10 , 12:47
“Çoxuşaqlı ana” övladları ilə gəzintidə - FOTO 2026-07-10 , 12:33
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu 2026-07-10 , 12:27
60 yaşlı Məleykə Əsədova tanınmaz halda - VİDEO 2026-07-10 , 12:15
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal 2026-07-10 , 12:04
Fazil Mustafa: "Bayrağımızda İslam var, məzhəb, təriqət yoxdur ki..." 2026-07-10 , 12:02
“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz 2026-07-10 , 12:00
“Trampa cavab verəcək bir kişi tapılmayacaq?” 2026-07-10 , 11:59
Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ - FOTO 2026-07-10 , 11:58
Müəllimlər üçün vahid geyim forması narazılıq yaratdı – Foto 2026-07-10 , 11:56
Tənqidlərdən sonra Nurayın evinə getdi - Video 2026-07-10 , 11:54
13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək 2026-07-10 , 11:51
Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü - VİDEO 2026-07-10 , 11:50
Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın" 2026-07-10 , 11:43
Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi 2026-07-10 , 01:29
Süni intellekt üçün internet “Bakcell”dən 2026-07-09 , 16:51
"Biabır olanlar fonoqrama oxuyanlardır" - VİDEO 2026-07-09 , 16:41
Azərbaycanda serebral iflic olan qadın ana oldu 2026-07-09 , 16:31
Məşhurlar İlkin Misgərlinin parodiyası haqda: "Bunu çəkib paylaşana ayıb olsun, biabırçılıqdır, günah edib" 2026-07-09 , 16:23
Aygün Kazımovanın qızı ilə Röya Ayxanın qardaşı bir arada - FOTO 2026-07-09 , 16:18
Cəbrayılın icra başçısına icazə verilmədi: 112 minlik tender ləğv edildi 2026-07-09 , 16:15
“Kontakt Home”la bağlı daha bir narazılıq: “Bizi aldadırlar” – Foto 2026-07-09 , 16:15
Natiq Cəfərlidən AQTA-ya sərt reaksiya: “Bu, sahibkarlığa əlavə məhdudiyyətdir” 2026-07-09 , 16:14
Elza Seyidcahan süpürgə ilə poz verdi - FOTO 2026-07-09 , 16:05
“Qurtuluş” yenidən açılır – Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO 2026-07-09 , 16:04
Elşad Xosedən polisə şikayət olundu 2026-07-09 , 16:01
Autizmli uşağı parodiya edən İlkin: "Söyüş və qarğış silməkdən yorulmuşam" 2026-07-09 , 15:59
Mehinin ölkədən çıxışı qadağan edilib - VİDEO 2026-07-09 , 15:57
"Ərim var ki, gizlədim?" - Sevda Sanəliyeva 2026-07-09 , 15:53
Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" - VİDEO 2026-07-09 , 15:49
Niyama hədiyyə olunan ev saxta çıxdı 2026-07-09 , 10:33
Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur” 2026-07-09 , 10:32
Tehran Vaşinqtonu hədələdi 2026-07-09 , 10:30
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı 2026-07-09 , 10:28
Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri... 2026-07-09 , 10:26
Kərim 5 mindən çox maaş istəyir 2026-07-09 , 10:15
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi 2026-07-08 , 15:58
Şuşada bunu etmək qadağan edildi - FƏRMAN 2026-07-08 , 15:57
İlham Əliyev daha bir sərəncam imzaladı 2026-07-08 , 15:56
Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman - Bu qadağan olundu 2026-07-08 , 15:54
Onlara diplomatik rütbə verildi - SƏRƏNCAM 2026-07-08 , 15:52
Tramp: Ərdoğanı müharibədən çəkindirdim 2026-07-08 , 15:49