Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz

“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz

“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz
2026-07-10 , 12:00

Elariz Məmmədoğlu son paylaşımında Amerikadakı çıxışlarına maraq göstərən tamaşaçılar barədə iddiaları cavablandırıb.

Yenilik.az xəbər verir ki, o bu məsələyə sərt mövqe bildirib:

"Bəzən yazırlar ki, Elariz Amerikada onu dinləyən bu qədər adamı haradan tapır? Xoşbəxt adamlarla işim yoxdur. Amma bədbəxtlərə deyirəm ki, mən, Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar. Azərbaycanda olduğu kimi".

2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-yə köçən müğənni Nyu-York restoranlarından birində çalışır. O həm də ABŞ-də yaşayan azərbaycanlıların toy məclisini idarə edir.(yenisabah)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.