Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" - VİDEO

Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" - VİDEO

Pərvin ağır xəstəliyindən danışdı:
2026-07-09 , 15:49

Aktrisa Pərvin Abıyeva keçirdiyi ağır xəstəlikdən danışıb.

 
Aktrisa axlorhidriya xəstəliyinə görə ağır günlər keçirdiyini deyib. Pərvin bildirib ki, buna görə əməliyyat olunsa da, faydasını görməyib:
 
"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.
 
Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.
 
Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız".Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.