Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Bir zamanlar "Şərq bazar"ı idi, indi isə çuxurla dolu yol

Bir zamanlar "Şərq bazar"ı idi, indi isə çuxurla dolu yol

Bir zamanlar
2026-07-08 , 12:27

Sumqayıt şəhəri, 9-cu mikrorayonun bir hissəsində yol bərbad vəziyyətdədir.

Sumqayit24.az xəbər verir ki, köhnə "Şərq bazarı" kimi tanınan boş ərazinin yaxınlığından keçən avtomobil yolu uzun müddətdir ki, təmirsizdir. Həmin yol ərazidə yaşayan sakinlər tərəfindən gündəlik və intensiv şəkildə istifadə olunur.

Sakinlərin sözlərinə görə, yolun müxtəlif hissələrində iri çuxurlar və deformasiyalar yaranıb. Nəticədə avtomobillərin hərəkəti çətinləşir, xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır.

Vətəndaşlar yolun qısa müddətdə təmir olunmasını və problemin aidiyyəti qurumlar tərəfindən diqqətə alınmasını xahiş edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.