Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyi yaradılıb - FOTO

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyi yaradılıb - FOTO

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyi yaradılıb - FOTO
2023-07-18 , 02:54

İyulun 17-də Sumqayıtda Qərbi Azərbaycan İcması(QAİ) nümayəndəliyinin açılış mərasimi olub. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, QAİ-nin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, QAİ Gənclər Birliyinin üzvü, millət vəkili Emin Hacıyev, Sumqayıt şəhər rəhbərliyi, ziyalılar, şəhər nümayəndələri iştirak eiblər.

 
Tədbir  iştirakçıları əvvəlcə Sumqayıt şəhərində Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
 
Sonra İcmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanış olublar.
 
Ardınca Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Qərbi Azərbaycan İcmasının rəhbərliyinin İcmanın Sumqayıt şəhər nümayəndəliyinin üzvləri ilə görüşü keçirilib.   Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətibaşçısının birinci müavini Teymur Səmədovaçılış nitqi ilə çıxış edib.
 
Sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. O, İcmanın strukturu, məqsədləri, fəaliyyəti barədə geniş məlumat verib, İcmanın Sumqayıt nümayəndəliyinin yaradılması ilə bağlı icma üzvlərini təbrik edib, nümayəndəlik qarşısında duran vəzifələrdən danışıb, İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılovu ictimaiyyətə təqdim edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb, İcmanın Sumqayıt şəhər nümayəndəliyinin yaradılmasınagöstərdiyi dəstəyə görə İcmanın Qəyyumlar Şurasının üzvü Nizami İsgəndərova öz təşəkkürünü bildirib.
 
Daha sonra Milli Məclisin deputatları Hikmət Babaoğlu, Emin Hacıyev, Yeni Azərbaycan Partiyasıİcma Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhər ziyalıları, Qərbi Azərbaycan İcmasınınSumqayıt şəhər fəalları çıxış ediblər.
 
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO
Qərbi Azərbaycan İcmasının  Sumqayıt  şəhəri  üzrə nümayəndəliyi yaradılıb - FOTO

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.