Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”

“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”

“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
2024-04-26 , 14:20

“Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Hesab edirəm, Azərbaycanın beynəlxalq təmasları, əlaqələri, beynəlxalq təşkilatlardakı fəaliyyəti bizə imkan verəcək ki, körpüləri quraq, gücləndirək, müxtəlif qitələrdən olan ölkələr arasında həmrəyliyi də gücləndirək”, - deyə dövlət başçısı bildirib.
Prezident bildirib ki, faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.
 “Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə - iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
O vurğulayıb ki, bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.
 “Biz xarici tərəfdaşlarımızla nəhəng yaşıl keçid layihələrinə başlamışıq”, - deyən dövlət başçısı bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayıb. Bildirib ki, təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.