Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Demək olar ki, hər ailədən müğənni çıxır"

"Demək olar ki, hər ailədən müğənni çıxır"

2025-06-29 , 16:52

Əməkdar artist Zakir Əliyev "Xəzər axşamı" verilişində qonaq olub.

Sənətçi hazırda müğənnilərin sayının çox olmasından gileylənib:
"Bizim yaş dövrümüzün insanları cavanları qınayırlar ki, indi məşhurlaşmaq asandır. İnstaqramda nəsə paylaşırlar, tanınırlar. Amma deyim ki, onlar üçün də çətindir. Çünki axın çoxdur. Tamaşaçı da başını itirib. Demək olar ki, hər ailədən müğənni çıxır. Hər nəslin öz oxuyanı var. İstedadlı xalqıq, Allah bizi böyük yaradıb. Əhalimizin üçdə birində səs var. Bu o deməkdir ki, hamı mahnı oxumalıdır? Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün".  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.