Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi

Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi

Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi
2025-06-28 , 23:28

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv edilib.

Yenilik.Az xəbər verir ki, bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub.
Mənbələrin bildirdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədəuyğun hesab etmir.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.