Xamenei və onun Azərbaycanla müharibəsi - Caliber yazır
“Azərbaycanın İrandakı əsas düşməni nə hansısa ayrı-ayrı məmurdur, nə də diplomatik maska arxasında gizlənən növbəti manqurtdur. Əsas təhlükə birbaşa İranın Ali Lideri Əli Xameneidir”.
Məqalədə qeyd olunub ki, uzun illərdir Bakı əleyhinə ardıcıl və məqsədyönlü şəkildə düşmən siyasəti quran şəxs məhz Xameneidir:
“Azərbaycana qarşı hər bir təxribatın, informasiya hücumunun və yönləndirilmiş kampaniyanın arxasında məhz Xamenei dayanır. Bu tək-tək hadisələr və ya aşağı səviyyəli diplomatların təşəbbüsü deyil, bu bir ideologiyadır. Və bu ideologiyanın qaynağı bir otaqdadır. Həmin otağın sahibi isə Əli Xameneidir.
İranda Azərbaycanı bu qədər ardıcıl şəkildə hədəf alan və şəxsi antipatiyasını dövlət siyasətinə çevirən başqa bir siyasi fiqur tapmaq çətindir. Üstəlik İranda səssizliklə qarşılanan bəzi mənbələrin məlumatına görə, Əli Xameneinin atası fars, anası isə etnik erməni olub.
Bəlkə də bu fakt İslam Respublikasının Ermənistanla xüsusi münasibətlərə bu qədər bağlılıqla yanaşmasının səbəbini izah edir.
Ermənistan beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərini işğal etdiyi, yüz minlərlə dinc sakin öz doğma torpaqlarından qovulduğu, Azərbaycan şəhər və kəndləri viran qoyulduğu dövrdə belə məhz Xameneinin təşəbbüsü ilə İran Ermənistanla sabit əlaqələr saxladı, logistik və ticarət dəstəyi verdi. Bu illər ərzində Ali Liderin özü isə Azərbaycan xalqına yönəlmiş aydın və qəti bir həmrəylik və ya simpatiya bəyanatı vermədi.
Əvəzində Azərbaycana qarşı sərt, böhtan dolu və təhqiramiz açıqlamalar səsləndi. Bizi İslamın düşməni, “sionistlərin aləti”, regionun sabitliyinə təhdid kimi təqdim etməyə çalışdılar. Bu, nifrət siyasəti idi. Guya dini ritorika ilə pərdələnmiş bir təbliğat. Xamenei tərəfindən dəstəklənən bu mexanizm onlarla İran mənbəsini hər gün Azərbaycana qarşı məqalələr, təhrif olunmuş “analitik” yazılar, guya dini nəsihətlər yaymağa vadar edir. Məqsəd Azərbaycanı demonizə etmək, rəhbərliyə qarşı etimadsızlıq toxumu səpmək, təşəbbüslərimizin mahiyyətini təhrif etməkdir.
Bütün bunlar birbaşa Ali Liderə tabe olan mərkəzlərdən idarə olunur. Onların əsas məqsədi Azərbaycanı gözdən salmaq və onu müsəlman dünyasından təcrid etməkdir.
Bunun bariz nümunəsi yalnız teleqram kanalları, dini mərkəzlər və ya ideoloji vasitələr deyil. İranın Ermənistandakı səfiri Mehdi Subhaninin son çıxışı bu nifrət ritorikasının Tehranın rəsmi siyasətinə nə qədər dərindən sirayət etdiyini göstərir. Subhani artıq diplomat yox, sifarişli yalanların təbliğatçısıdır. O, dəfələrlə faktlara və məntiqə zidd olan açıqlamalar verib. Amma sonuncu bəyanatı ilə bütün hədləri aşıb, guya İran-İsrail qarşıdurması zamanı “bəzi İsrail pilotsuz uçuş aparatları qonşu ölkələr, o cümlədən Azərbaycan ərazisindən İran ərazisinə daxil olub”. Bu təkcə yalan deyil, eyni zamanda Azərbaycanı üçüncü qüvvələrin savaşına cəlb etməyə və etibarlı tərəfdaş imicini ləkələməyə yönəlmiş həyasız təxribatdır.
Subhani əlbəttə ki, heç bir sübut təqdim etmədi. Çünki yoxdur. Çünki bu bəyanat “yuxarıdan verilmiş göstərişin” tərkib hissəsidir. Məqsəd Bakını qaralamaqdır. Kim bu sözlərin Subhaninin şəxsi fikri olduğunu düşünürsə, dərindən yanılır. Subhani sadəcə rupordur. Bu sözlərin də, onlarla digər böhtanın da müəllifi Əli Xameneidir.
Məhz Xamenei Azərbaycana qarşı hürən bütün “itlərə” yaşıl işıq yandırır. Onlar yalan məlumatlar yayır, “Azərbaycan daxilində şiə narazılığı” görüntüsü yaratmağa çalışır, dinə istinad edir, halbuki dini manipulyasiya alətinə çeviriblər.
Onların şüarları Ali Liderin kabinetində yazılır. Onlar müstəqil deyil bir əlin kuklalarıdırlar. O əlin sahibi isə müasir, uğurlu və müstəqil Azərbaycanı patoloji şəkildə qorxuyla izləyən insandır.
Xamenei Azərbaycanı dünyəvi, türk kimliyinə sahib, suveren bir dövlət kimi görməkdən qorxur. Burada din fərdi seçimdir, diktə vasitəsi deyil. Onun təzyiq, itaət və qorxu üzərində qurulmuş ideoloji modeli Bakıya baxdıqca dağılır. Və bu Xameneini qəzəbləndirir.
Məhz buna görə də Azərbaycana qarşı hücumlar davam edəcək. Onlar “dini narahatlıq”, “geosiyasi qayğı”, “sabitliyə çağırış” kimi təqdim ediləcək. Amma bunlar yalandır. Əsl səbəb bir otaqdadır. Həmin otağın sahibi Əli Xameneidir. Bu reallıq diplomatik, ictimai və informasiya səviyyəsində nə qədər tez qəbul olunarsa, Azərbaycan və region həmin təzyiqdən bir o qədər tez azad ola bilər. İran bizim qonşumuz olaraq qalır. Lakin anti-Azərbaycan siyasətinin “motoru” nə xalqdır, nə də bütün dövlət aparatı. Bu siyasətin müəllifi konkret bir şəxsdir. Və bu şəxsi açıq şəkildə göstərmək həm dürüstlük, həm də prinsipial mövqe məsələsidir.
OXŞAR XƏBƏRLƏR

Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14