Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Könül Kərimova estetik əməliyyat etdirib - FOTO

Könül Kərimova estetik əməliyyat etdirib - FOTO

Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
2024-04-26 , 16:31

Əməkdar artist Könül Kərimova etdirdiyi estetik əməliyyatdan danışıb.
“Olay” xəbər verir ki, verilişlərin birində ifaçı üçün hazırlanmış videoçarx təqdim olunub.
Aparıcı Cavid Gül ona “altı-yeddi klipdən istifadə olunub, hərəsində də fərqli-fərqlisiniz. Bu roldan-rola, cilddən-cildə girmək makiyajdırmı, əməliyyatdırmı, yoxsa içəridəki artistlik bacarığıdır” sualını ünvanlayıb.
“Deyirəm, heç kəs inanmır. Hər kəs bir cür qəbul edir. Cavanlaşma deyilən əməliyyatlardan heç nə etdirməmişəm. Sadəcə burun əməliyyatı keçirmişəm. Mən ifa etdiyim mahnılara istər saç düzümümdə, istər geyim tərzimdə uyğunlaşmağı sevirəm”, - deyə Kərimova söyləyib.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.