Elnarə Bəkirova atasının qətli ilə bağlı müraciət etdi
"Şərifzadə Art center"in rəhbəri Elnarə Bəkirova 6 apreldə qətlə yetirilən atası Kamran Bəkirovun öldürülməsi ilə bağlı Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
“Atam 6 apreldə dostuyla iş görüşməsinə gedir və orada oğurlanaraq qətlə yetirilir. Özü də amansızca... Atamın qatillərinin qanun qarşısında cavab verməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm - Bir maddə ilə yox, bir neçə maddə ilə... Bu məsələyə şəffaf baxılmır.
Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Sabunçu Rayon Prokurorluğu məsələmizə çox soyuq davranır. Dövlətimdən, Prezidentimizdən bu məsələnin Respublika Prokurorluğunun öz üzərinə götürməyini xahiş edirəm. Sakitliyimi qoruya, səbrimi basa bilmirəm. Bu, ailəm üçün çox ağır itkidir. Atam uşaqlarımıza babalıq yox, atalıq edib.
Düşmənlərimizin yaxınları vəzifəli şəxsdir. Buna görə də məsələyə müdaxilə olunduğunu düşünürəm, mənə kömək edin, cənab Prezidentimiz, Mehriban xanım, xahiş edirəm. Bu, mənim üçün çox çətindir. Kamran Əliyevdən, Vilayət Eyvazovdan, hər kəsdən kömək istəyirəm. Respublikamızda bir insan oğurluğu baş verib. Amansızca atamı qətlə yetiriliblər. Öldürdükdən sonra qarnına, ayağına daş bağlayıblar, onu quyuya atıblar. Mən və ailəm buna dözə bilmir.
Onların nəslindən bir adam yoxdur ki, çıxıb deyə ki, bizimkilər səhv edib. Gəlib bir üzrxahlıq etmədilər. Mənim ölümə onlardan bir nəfər gəlib bir söz demədi. Bir ailənin iki üzvü – vəzifəli şəxsin həm dayısıdır, həm də digər dayısının kürəkənidir. Onlar birləşib atama zülm ediblər. Mən bunu onlara keçməyəcəyəm. Bacardığınız qədər mənə kömək edin.
Atamsız qala bilmirəm, ayın 6-dan səsini eşidə bilmirəm. Atam elə kişi olmayıb, onu aldadıblar, inandırıblar. Onunla bir gün öncə danışmışdım. Mənə dedi ki, qızım, yaxşı işlərim var, bitmək üzrədir. Dedim ki, ata, kimdir bunlar? Dedi ki, çox böyük adamdırlar, vəzifəlidirlər, heç nədən qorxma, sadəcə aparıram pulu göstərəm, əmin olmaq istəyirlər ki, pulun davamı gələcəkmi? Yəni, imkanım nə dərəcədədir? Pulu göstərib, qayıdacağam. Atamı aldatdılar, qətlə yetirdilər. Bunun cavabını həm qanun, həm də Allah qarşısında verəcəklər.
Dövlətimə, Prezidentimə, Mehriban xanıma güvənirəm. Bilirəm ki, hər şey gedib dövlət başçısına çata bilmir, xahiş edirəm, səsimi duyurun. Möhkəm, səbrli olmağa çalışdım. Mənim canımı alıblar, dünyam gedib. Övladlarımın, bacımın övladlarının atası ölüb...
Sabunçu Rayon Prokurorluğu bu məsələyə obyektiv baxmır, suallarımıza cavab vermir. Ölümdən xəbər ala bilmirəm, nə şəkildə, harada, saat neçədə öldürüldüyündən xəbərim yoxdur. Sual verirəm, müstəntiq cavab vermir. Bunların bir fikri var: Bu pulun mənbəyi haradan gəlib? Atam illərdir biznesmendir, lazımi qədər pulu da var idi. Lap kənar adamın puludur, sən atamı öldürən adamlara niyə cəza vermirsən? Cəmi bir maddə ilə iş açmısınız onlara... Suallarımın hamısı cavabsız qalır, ancaq pul, pul, pul... Nə qədər olar? Can gedib... Atamın ölüm xəbərini saytlardan öyrənirəm, mənə heç kim məlumat vermir. Atamın üst geyimini tapa bilmirik, haradadır gödəkçə? Morqdan soruşuram ki, atamın gödəkçəsi oradadır? Niyə bunu mən soruşmalıyam? Niyə mənə cavab vermirlər, niyə demirlər ki, atam hansı saatda öldürülüb? Niyə öldürülüb? Səbəbi nədir? Ancaq soruşurlar ki, pulu haradan almışdı, pulu var idimi? Bəlkə, atanızın borcu var idi? Cinayətkar deyir ki, atanızın borcu var. 15 minə görə atamı öldürüblər. Heç kimdən qorxmuram, çünki arxalandığım Prezidentimiz var. Ona görə də ürəklə danışıram ki, ona bu məsələlər çatsın. Niyə ortada hər şey açıq-aşkar ola-ola bir maddə ilə iş açmısınız? Oğurluq, tamahkarlıq, xüsusi amansızlıqla insan öldürmə faktı var.
Vallah, belə olmur... Dövlətim mənə kömək etsin. Tək qadın, başsız qalmışam. Uşaqlarla, ailəmlə pis vəziyyətdəyəm. Çarəsiz qalmışam. Arxasında vəzifəli şəxs ola-ola qadın başıma necə döyüşə bilərəm? Onların arxasındakı deputatdır. Xalqına dayaq olan deputatın ailəsində iki cinayətkar var. Mən bunların bir dəstə olduğunu düşünürəm. Həyatımız təhlükədədir, uşaqlarım dərsə getmir, ürəyimizdə qorxu var. Dəstənin tam şəkildə tutulmadığına əminəm. Müstəntiqə, Sabunçu Rayon Prokurorluğuna bəzi faktlar təqdim edirəm, onların heç birinə baxılmır. Ağılsız adam deyiləm, atamın bütün yazışmalarını, kontaktını, hər bir şeyi 2-3 fləşkarta yazıb, yaxın adamlarıma vermişəm ki, sabah başıma bir iş gəlsə, hər şey üzə çıxsın. O cinayətkarlarla məşğul olmaq əvəzinə məndən yenə pulun yerini soruşurlar.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradova təşəkkür edirəm. Onun qəbulunda olanda rahat oldum ki, atamı tapacaq. Bir gün öncə polisə müraciət olunmuşdu, işimə səthi yanaşmışdılar. Atamın dostunun maşınına oturduğu dalanda hansı evdə kameralar var – bacımla onları deyirik, bunlar gecəylə kameranı açmağa əriniblər. 102-yə yığdım, hərə bir yerə göndərdi. İşimə obyektiv baxılmır. Cavid bəyin qəbulunda olanda onun ilk sözü o oldu ki, niyə kameralara baxmamısınız? Bəhanə gətirdilər ki, gecə idi. Polis üçün gecə yoxdur. Orada bildim ki, Cavid Muradov vicdanlı insandır, xalqına düzgün qulluq edən polisdir. Halal olsun! Ona təşəkkür edirəm. Atamın cəsədi tapılmaya da bilərdi, quyuya atılmışdı. Cinayətkarlar bilet almışdılar, sabahı günü uçurdular. Onların həbs olunmasında Cavid Muradovun çox böyük əməyi oldu.
Məsələyə Respublika Prokurorluğu baxmasa, bilmirəm nə edəcəyəm. Deputatın onların arxasında olduğunu düşündüyümüz üçün çox böyük qorxularımız var. Çox susdum, gözlədim ki, bəlkə nəticə olar. Gördüm ki, bunlar öz keflərindədirlər. Bir deputat, bizim deputatımız, xalqa xidmət edən adam, lap mən kənar adamam, ortada cinayət olub, qapıma gəlməli idin, deməli idin ki, sənin arxandayam. Amma heç nə etmədilər, öz keflərindədirlər, nə veclərinə...
Bir deputatın evindən iki qatil çıxır. Adını hələ ki çəkmirəm. İstəyirəm ki, Respublika Prokurorluğu hadisəni üstünə götürəndən sonra məsələlərə aydınlıq gəlsin. Əlimdəki faktlar, mesajlarla bağlı tədbir görülsün.
Özümə də başqa adlarla zənglər gəlməyə başlayıb. Guya, atamın dostu imiş kimi mənə zəng edirlər. Özümün, ailəmin təhlükəsizliyindən narahatam. Atam dost olub, inanıb, iş görmək məqsədilə özüylə həmin məbləği aparıb. Bundan öncə də onlara müəyyən məbləğlər ödənib. Bunların hamısı atamın dəftərində var. Emosiyalarımı düzgün qəbul edin, hər gün, hər saat ağlayıram, özümü cilovlaya bilmirəm. Çölə çıxmıram, atamın olmadığı torpağa ayaq basmaq istəmirəm.
Çarəsizəm, dövlətimdən, xalqımdan yardım istəyirəm. Cinayətkarların hamısı bir maddə ilə yox, bir neçə maddə ilə cəzalarını çəkməlidir. Əlimdən gələn hər şeyi edəcəyəm. O, vəzifəli adamdan da qorxmuram. Gəlib bizdən üzr istəmədilər, işin gedişatı da ləngiyir. Mən morqlarda gəzirəm, atamın üst geyimini axtarıram. Atamın ölümü haqda belə mənə bir söz deyə bilmirsiniz. Dözə bilmirəm artıq. Başıma iş gəlsə, bir çox şeylər yazmışam.
Atam insanlığının qurbanı oldu. İş görmək üçün pul verdi, onu öldürdülər. Bu ölkədə belə şeylər olmayıb, ola da bilməz. Bir övlad, ana, uşaqları yetim qalmış, bacısı qardaşsız qalmış azərbaycanlı xanım kimi, mənə kömək edin. Nə olacaqsa, olsun... Bundan sonrası yoxdur. Ayın 6-dan heç bir nəticə, cavab yoxdur. Vəkilimə belə məlumat vermirlər. Bizim buna ixtiyarımız yoxdur. Yəqin gücü rayon prokurorluğuna çatır... İstintaq bu cür davam edir. Lazım olacaq hər gün canlı yayım açıb, məlumat verəcəyəm. Düşünməsinlər ki, telefon onlardadır, faktları silə bilərlər.
Bir deputatın ailəsindən iki cinayətkar çıxırsa, bu, adi bir hadisə deyil. O deputatın da bu cür soyuq münasibəti gözəl hal deyil, indi özləri cavab versinlər”.
Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə 6 apreldə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
Bakıda 300 min manatla itkin düşən şəxsin öldürüldüyü məlum oldu: Meyiti su quyusuna atılıb
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05