Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin"

“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin"

“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı -
2026-06-01 , 20:11

Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər.

 
 
Pravda.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. 
 
Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər.
 
Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar:
 
“Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”.
 
Xatırladaq ki, “Hünər-İnşaat” şirkəti “Huner Group”a daxildir. “Huner Group”un təsisçisi isə tanınmış azərbaycanlı iş adamı Ehtiram Quliyevdir.
 
Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.