“Soruşurlar ki, Günay Ağamalı sənə nə qədər pul verdi?” – Səidə Bəkirqızı
Deputat Günay Ağamalının ardınca jurnalist Səidə Bəkirqızının uşaqpulu ilə bağlı çıxışı geniş tənqid və müzakirələrə yol açdı. Jurnalistin “Azərbaycan kişisi uşaqpulu istəməməlidir” fikri sərt qarşılandı və məsələ hətta təhqirə qədər gedib çıxdı.
-Səidə xanım, siz zaman-zaman müxtəlif mövzulara toxunursunuz və bu, müzakirələrə səbəb olur. Uşaqpulu məsələsinə qədər qaldırdığınız bir çox məsələlərdə sizi tənqid edənlər də olurdu, dəstəkləyənlər də. Bu dəfə isə sizi hər kəs tənqid etdi. Mən dəstəkləyənə rast gəlmədim...
-Dəstəkləyənlər oldu, amma say az idi deyə, onlar görünmədi. Əvvəllər də sözə düzgün qulaq asılmamasının əziyyətini çəkmişik. Bu, bir neçə dəfə başıma gəlib. Hər dəfə ümid edirəm ki, insanlar məni düzgün anlayacaq. Bu dəfə də düşündüm ki, insanlar nə dediyimi, nəyə fokuslandığımı anlayacaqlar. Ancaq çox təəssüf ki, ilk cümlədən rəy bildirənlər, çıxışımı öz ağıllarına uyğun montaj edənlər oldu və bununla da sözümün mahiyyətini dəyişdilər, kontekstdən çıxardılar. Mənim dediyim qıraqda qaldı, qərəzli montajları yaydılar. Mənimlə bağlı çox böyük əks-təbliğat başladılar. Mən izah etdim ki, çıxışımda Azərbaycan kişisini təhqir etməmişəm, sadəcə olaraq onu montaj edib düzəldiblər. Ancaq sonra başa düşdüm ki, izləyiciyə izah maraqlı deyil, düşündüyünü danışmaq istəyir. Mən də hər kəsi öz düşündüyü ilə baş-başa buraxdım. Bu gün də, sabah da mövqeyim eynidir. Çox təəssüf ki, cahil insanlarla eyni havanı uduruq.
-Sizi daha çox Günay Ağamalını dəstəkləməkdə və özünüzü hökumətin nümayəndəsi kimi aparmaqda günahlandırdılar...
- Mən deputatları ən çox tənqid edən aparıcıyam. Elə deputat var ki, onların söz çəkisi çox ağırdır. Günay xanım isə hələ ki, sözünü çəkisi sanballı olan deputatlar arasında deyil. Mən bu xanım deputatı həyatda heç vaxt görməmişəm və haçansa təsadüfən rastlaşacağımı da bilmirəm. Bir Allah şahiddir ki, Günay xanımın bircə sözünə haqq qazandırmışam ki, bəzi Azərbaycan kişilərində tənbəllik var. Mən bunu çıxışımda da demişəm ki, tənbəl olan onsuz da tənbəldir. Tənbəl olmayana kənardan min manat da verilsə, o yenə də işləyəcək. Bundan başqa xanım deputatın digər fikirləri ilə razılaşmamışam və onunla alacağım, verəcəyim yoxdur. Mənə yazııb soruşurlar ki, Günay Ağamalı bu çıxışa görə sənə nə qədər pul verdi? Əqidəsini pula satan adamlar elə bilirlər ki, mən kiminsə pulu ilə danışıram. Pul alsaydım, Günay Ağamalıdan daha mötəbər dairələrdən l alardım. Mənim sözüm bir çox deputatın sözündən də çox müzakirələrə səbəb olur. Məni Günay Ağamalıdan çox müzakirə etdilər. Bir çoxları deyir ki, Səidə hakimiyyətin adamıdır, pul alır. Mən yenə də deyirəm ki, kimdənsə bir manat da alacağım yoxdur, pulu öz əziyyətimlə qazanıram. Heç vaxt kiminsə xoşuna gəlim deyə danışmamışam. Elə xoşlarına gəlmədiyi üçün mənim "Space" televiziyasındakı verilişimi bağladılar. Mən orada insanlarım problemini durmadan işıqlandırırdım. Regiondakı problemləri işıqlandırırdım və məmuru tənqid edirdim. Dedilər, bu qız dayanmırsa, verilişini bağlayaq ki, dayansın. Hökumətə yarınmaq istəsəydim, Əli Əsədovun tikdirdiyi evin yanında durub süjet hazırlamazdım.

-Tutaq ki, bir uşağa görə hər ay 100 manat verildi. Sizcə, bu məbləğ Azərbaycan kişisini və ya ümumilikdə ailəni tənbəlləşdirə bilərmi?
- Xeyr. Mən Günay Ağamalının bu fikri ilə razı deyiləm. Mən bəzi kişilərin tənbəl olduğunu bildirmişəm. Mənə uşaqpulu ilə bağlı müraciət edənlərin 80 faizi kişilərdir. Uşaqpulu veriləndə onun xəbərini bağıra-bağıra çatdıracağam. Axı bu, insanların gözlədiyi xəbərdir. Əvvəla onu deyim ki, hər uşağa 100 manat ayrılacağını gözləmək doğru olmaz. Bir uşağa maksimum 30-50 manat pula ayrılacaq. Bu pulla hansı yaramız sağalacaq ki? Uşaqpulu bizim həyatımızın problemlərini həll etməyəcək. Düşünürəm ki, uşaqpulu verilməkdənsə, minimum əmək haqqı artırılsın. Bölgələrdə iş yerləri açılsın. Regionlardan Bakıya axın olmasın ki, insanlar aldıqları 900 manat maaşın 500 manatını kirayə verməsin.
-Səidə xanım, bir məsələyə də diqqət çəkək. Niyə Azərbaycan kişisi uşaqpulu tələb edə bilməz? Məgər Azərbaycan vətəndaşı və ya valideyn olaraq belə bir hüququ yoxdur?
- Çox sayda Azərbaycan kişisi uşaqpulu tələb edir. Nəticə nə oldu? Bu gün dövlətdən uşaqpulu adlı müavinət verilmir. Biz də addımlarımızı buna uyğun atmalıyıq. Mən bunu qəbul etmişəm və dünyaya iki uşaq gətirmişəm. Mən də 4 uşağımın olmasını istərdim. Amma anlayıram ki, mənim maddi imkanım iki uşağa baxmağa yetir. Azərbaycan kişisi də uşağının yükünü çiynində hiss etməlidir. Olmayan şey üçünsə nə qədər mücadilə aparmaq olar ki? Yenə deyirəm, uşaqpulunu mən də istəyərəm. Anormal deyiləm ki, bundan imtina edim. Amma verilmir də...Bu baxımdan deyirəm ki, dünyaya uşaq gətirəndə onun yükünü də nəzərə alın.
-Belə bir fikirlər yayıldı ki, guya, siz uşaqpulu istəyən kişililəri təhqir edib biədəb sözlər demisiniz.
-Xeyr, uşaqpulu istəyən kişilər haqqında pis söz deməmişəm. Qadınların şəklini paylaşıb üzərində tərbiyəsiz sözlər yazan kişilərin cavabını vermişəm. Bunun uşaqpulu istəyən kişilərlə əlaqəsi yoxdur.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Fəzail Ağamalını ölümə aparan səbəb - Onlar bir-birinin üzünə necə baxırlar?
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Fəzail Ağamalının övladları: hərəsinin iki diplomu var - FOTOLAR
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev müşavirə keçirdi
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub - Foto
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
Efir mühəndisi Səidə Bəkirqızı özünü jurnalist bilirsə, prodüsser Tolik niyə aparıcı olmasın?
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 2026-07-14 , 12:28
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO 2026-07-14 , 12:27
Nahidə Babaşlı ikinci dəfə ailə qurur - FOTOLAR 2026-07-14 , 09:36
"İki həftədir su yoxdur" - Ceyhun şikayətləndi 2026-07-13 , 23:53
Dövlət İmtahan Mərkəzindən VACİB AÇIQLAMA 2026-07-13 , 23:51
Yediyimiz göyərtilər kanalizasiya suları ilə yetişdirilir? – Şok iddialar 2026-07-13 , 23:50
Hörmüz boğazında gərgin vəziyyət: HHM-lər işə salındı 2026-07-13 , 23:49
Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı 2026-07-13 , 23:48
Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci bir şəxs... 2026-07-13 , 23:47
Trampdan təklif: Bacısı əvəzləsin 2026-07-13 , 23:46
Makron ordunu müharibəyə hazırlaşmağa çağırdı 2026-07-13 , 23:44
Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı - VİDEO 2026-07-13 , 23:43
İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO 2026-07-13 , 23:42
Hava ilə bağlı xəbərdarlıq - leysan olacaq, dolu düşəcək 2026-07-13 , 23:41
Qəbul imtahanına buraxılmayan gənc itkin düşdü 2026-07-13 , 23:38
“D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir” – Hikmət Hacıyev 2026-07-13 , 23:34
“10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram” 2026-07-13 , 23:33
“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video 2026-07-13 , 23:31
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir 2026-07-13 , 23:30
Dövlətin “Şuşa dili” 2026-07-13 , 23:28