Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR

Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR

Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
2026-07-14 , 12:28

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.

Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə forumun açılış mərasimi baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, media rəhbərləri, ekspertlər, tanınmış media nümayəndələri, bloqerlər və digər qonaqlar iştirak ediblər.
Forumun diqqətçəkən məqamlarından biri də xatirə şəkli çəkdirilərkən Prezident İlham Əliyevlə səmimi söhbət edən xanım olub. Həmin görüntülər sosial şəbəkələrdə geniş maraq doğurub və xanımın kimliyi ilə bağlı suallar yaranıb.
Bizi Instagramda izləyin<<Manset.az-ın əldə etdiyi məlumata görə, həmin xanım jurnalistdir. O, "Əl-Ərəbiyyə" TV-də çalışan tanınmış jurnalist, xəbər aparıcısı Layal Əl-İxtiyardır. Layal Əl-İxtiyar daha əvvəl OTV, LBCI və Al Hurra televiziya kanallarında fəaliyyət göstərib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ildə “Əl-Ərəbiyyə” telekanalının aparıcısı Layal Əl-İxtiyara müsahibə verib.
  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.