"Rosko" kolbasaları ilə bağlı MÜƏMMA - Açıq reyestr və AQTA sənədlərində nə yazılıb?
Bu gün qida bazarında bir çox marka var ki, reklamları, tanıtımları və geniş yayılmış satış şəbəkələri ilə diqqət çəkir.Amma hər hansı məhsulun məşhur simalar vasitəsilə reklam olunması onun avtomatik olaraq yüksək keyfiyyətli və təhlükəsiz olması anlamına gəlmir. Əsas məsələ həmin məhsulun hansı şəraitdə istehsal olunması, istifadə edilən xammalın keyfiyyəti və istehlakçıya təqdim edilən qidanın təhlükəsizliyidir. “Rosko” brendi “Harun N” MMC-yə məxsusdur. Açıq reyestr məlumatlarına görə, şirkət 2024-cü ildə qeydiyyata alınıb. Maraqlı məqam ondan ibarətdir ki, şirkətin nizamnamə kapitalında qısa müddət ərzində ciddi dəyişikliklər baş verib. Şirkətin nizamnamə kapitalı 2025-ci ilin fevral ayınadək 50 manat olub. Daha sonra bu məbləğ 965 050 manata qədər artırılıb. 2025-ci ilin may ayında isə nizamnamə kapitalı 3 776 050 manata çatdırılıb. Bir neçə ay ərzində baş verən bu dəyişikliklər diqqət çəkən məqamlardan biridir. “Harun N” MMC-nin qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur. O, daha əvvəl “Zəhmət-Ruzi” MMC-yə rəhbərlik edib. Həmin şirkət “Sab” ticarət nişanı ilə ət məhsullarının istehsalı və satışı ilə məşğul olub. Digər diqqətçəkən məqam isə şirkətin əvvəlki qanuni təmsilçisi ilə bağlıdır. 2025-ci ilin fevral ayınadək “Harun N” MMC-nin qanuni təmsilçisi Axundzadə Rasim Elmar oğlu olub. Rasim Axundzadə ilə bağlı isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2021-ci ildə yaydığı məlumat mövcuddur. AQTA-nın məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkarlanıb. Agentliyin açıqlamasında bildirilirdi ki, müəssisədə mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı E124 qida əlavəsindən istifadə edildiyi müəyyən olunub. Həmçinin məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında nöqsanlar aşkar edilib. Yoxlama zamanı avadanlıqların yuyulması prosesində də çatışmazlıqlar müəyyən edilib, lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə olunmadığı bildirilib. Müəssisədən götürülən nümunələr laborator müayinəyə təqdim olunub, 375 kiloqram toyuq farşı dövriyyədən çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Bütün bunlar bir sıra suallar yaradır. Qida istehsalı elə bir sahədir ki, burada şəffaflıq və nəzarət xüsusi əhəmiyyət daşıyır. “Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub? İstifadə olunan xammalın mənbəyi haradır? Müəssisədə sanitariya və qida təhlükəsizliyi tələblərinə hansı səviyyədə əməl olunur? Bu sualların cavabı reklam çarxlarında deyil, şəffaf yoxlamalar və rəsmi açıqlamalarla ortaya çıxmalıdır. Çünki söhbət insanların gündəlik istifadə etdiyi qida məhsullarından və birbaşa sağlamlıq məsələsindən gedir.
OXŞAR XƏBƏRLƏR

Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda təşkil ediləcək - SİYAHI
Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev müşavirə keçirdi
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
May ayında evliliklər uğursuz olur? - ŞOK açıqlamalar
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident fərman imzaladı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
AQTA xəstə və bakteriyalı ətləri ölkəyə necə buraxır?…- Yenilənib
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
"İki həftədir su yoxdur" - Ceyhun şikayətləndi 2026-07-13 , 23:53
Dövlət İmtahan Mərkəzindən VACİB AÇIQLAMA 2026-07-13 , 23:51
Yediyimiz göyərtilər kanalizasiya suları ilə yetişdirilir? – Şok iddialar 2026-07-13 , 23:50
Hörmüz boğazında gərgin vəziyyət: HHM-lər işə salındı 2026-07-13 , 23:49
Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı 2026-07-13 , 23:48
Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci bir şəxs... 2026-07-13 , 23:47
Trampdan təklif: Bacısı əvəzləsin 2026-07-13 , 23:46
Makron ordunu müharibəyə hazırlaşmağa çağırdı 2026-07-13 , 23:44
Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı - VİDEO 2026-07-13 , 23:43
İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
Hava ilə bağlı xəbərdarlıq - leysan olacaq, dolu düşəcək 2026-07-13 , 23:41
Qəbul imtahanına buraxılmayan gənc itkin düşdü 2026-07-13 , 23:38
“D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir” – Hikmət Hacıyev 2026-07-13 , 23:34
“10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram” 2026-07-13 , 23:33
“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video 2026-07-13 , 23:31
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir 2026-07-13 , 23:30
Dövlətin “Şuşa dili” 2026-07-13 , 23:28
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə - VİDEO 2026-07-13 , 23:22
“BakuBus”da dava düşdü: Biri "yandır" dedi, o biri "söndür" - VİDEO 2026-07-13 , 23:20
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir 2026-07-13 , 23:18
Prezident jurnalisti görüb avtomobildən düşdü - Video 2026-07-13 , 23:18
Nəsrindən həyat yoldaşı ilə...- Fotolar 2026-07-13 , 23:15
Kim Çen Inın ölkəsində maaş Rusiyadakından 3 dəfə yüksəkdir? – Merdən etiraf 2026-07-13 , 23:14
Sarkozi Fransanı məhkəməyə verdi 2026-07-13 , 23:13
“Hər yoldan keçən jurnalistika ilə məşğul olmamalıdır” - Mirşahin Ağayev 2026-07-13 , 23:07
Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır 2026-07-13 , 23:06
3 mindən çox müəllim yeni fənlər üzrə sertifikatlaşdırmada keçid balını toplaya bilməyib 2026-07-13 , 23:05
Əkrəm Həsənov: “Sosial şəbəkələrdə kart hesabını paylaşaraq yardım toplayanlar vəsaitə görə vergi ödəməlidirlər” 2026-07-13 , 23:04
"1900 manat ödəmişəm, aylardır dişsizəm" - ŞİKAYƏT 2026-07-13 , 23:03
"İstanbul və evim üçün darıxmışam" — Günel 2026-07-13 , 23:02
"Caspian International Hospital"da pozuntu aşkarlandı-vaxtı keçmiş dərmanlar və s... 2026-07-13 , 20:29
“Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım” 2026-07-13 , 15:17
Prezidentin hesablarında Forumdan video paylaşıldı 2026-07-13 , 15:16
Xanım jurnalistin sözləri Prezidenti güldürdü - VİDEO 2026-07-13 , 15:14
"Evləndiyim günün səhəri polis gəlib kişini apardı" 2026-07-13 , 15:13
İsa Həbibbəyli yola salınır? – Onun yerinə bu şəxslərdən biri gələcək 2026-07-13 , 15:11
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” 2026-07-13 , 15:09
Deputatdan Mirşahinin “hamam”, “diş yuma” və “tərbiyəsizlik” ittihamına cavab 2026-07-13 , 15:08
İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub 2026-07-13 , 15:05
"Haber Global"ın Şuşadakı forumdan reportajı - VİDEO 2026-07-13 , 15:04
Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI 2026-07-13 , 15:03
"Haber Global": İlham Əliyev Şuşada Türkiyə ilə münasibətlərdən danışdı - VİDEO 2026-07-13 , 15:02
İlham Əliyevdən media nümayəndələrinə dostyana jest - VİDEO 2026-07-13 , 14:59
Belə avtomobillə heç yerə getmərəm - Prezident 2026-07-13 , 12:56
O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı 2026-07-13 , 12:53
İlham Əliyev: “Sakit həyat olmayacaq, heç kim buna ümid etməsin” 2026-07-13 , 12:51
Dünya mediası Şuşadadır - “Forum Azərbaycanın həqiqətlərini dünyaya çatdıran ən mühüm platformadır” 2026-07-13 , 12:50