May ayında evliliklər uğursuz olur? - ŞOK açıqlamalar
May ayının ilk günlərini yaşayırıq. Təqvim dəyişsə də, ölkədə illərdir formalaşmış sosial stereotip hələ də öz təsirini saxlayır: “May ayında toy olmaz”.
Sosioloqlar bu fenomeni keçmişdən gələn mədəni qorxuların və xalq yaddaşının bir hissəsi kimi izah edirlər. Yəni bu, dini və ya elmi əsasdan çox, uzun illər formalaşmış kollektiv inanc modelidir.
O da məlumdur ki, may ayında toy edilməməsi inancı qədim dövrlərə qədər uzanır. Bir versiyaya görə, “may” sözü qədim Romada yaz ilahəsi Maia ilə bağlıdır və bu ayda şənlikdən çox rituallar, anım mərasimləri üstünlük təşkil edirdi. Hətta “Lemuriya” adlanan günlərdə evlilik mərasimləri dayandırılır, insanlar ölüləri yad edib dua edirdilər. Bu da mayın “toy ayı deyil” kimi yadda qalmasına səbəb olub.
Başqa bir xalq etimologiyası isə mayın uğursuzluğu ilə bağlıdır: yasəmən çiçəyi və “ya sən, ya mən” kimi yozulan simvolik ifadələr bu ayı sanki taledə riskli göstərib. Amma bu, daha çox lətifə və folklor qatıdır, real tarixi əsasdan uzaqdır.
Maraqlı bir detal da var: bəzi bölgələrdə bu inancın yayılmasını sonradan rus və erməni mühitindəki oxşar miflərlə bağlayırlar. Halbuki statistik baxış göstərir ki, məsələn, Rusiyada may ayında nikahların azalması yox, əksinə, bəzi illərdə artım belə qeydə alınır.
Tibbi izahlar da əlavə olunur: yazın sonuna doğru orqanizmdə hormon və əhval dəyişiklikləri həm yüksəliş, həm də eniş yarada bilir. Amma bu da elmi olaraq “toy üçün təhlükəli ay” demək deyil, daha çox ümumi mövsümi adaptasiya prosesidir.
Bəs hazırda ölkəmizdə vəziyyət necədir? Restoranlar may ayında toy sifarişləri qəbul edirlərmi?
Məsələ ilə bağlı “Xəmsə” şadlıq sarayının rəhbəri, tanınmış iş adamı Mürvət Həsənli Musavat.com-a danışıb:
“Ötən illərlə müqayisədə bu ilin may ayında çox sayda sifariş almışıq. Ümumiyyətlə, may ayında şadlıq saraylarında demək olar ki, boş yer tapmaq olmur. Artıq açıq şəkildə görünür ki, “may ayında toy etməzlər” kimi köhnə inanca əvvəlki qədər əhəmiyyət verən yoxdur. Bunun səbəblərindən biri də ola bilər ki, qarşıdan Məhərrəmlik ayı gəlir və insanlar toylarını daha tez etmək üçün bu dövrü seçirlər. Nəticədə həm sifarişlərin sayı artır, həm də şadlıq evlərində intensivlik müşahidə olunur. Şəxsən özüm də may ayında 5–6 toy mərasiminə dəvətliyəm. Hətta bu gün bir toyda iştirak edəcəyəm. Yəni yalnız bizim məkanda deyil, digər şadlıq saraylarında da toylar öz axarı ilə davam edir. Artıq o köhnə inancın təsiri zəifləyib və demək olar ki, keçmişdə qalıb. Ümumilikdə, son dövrlərdə toy sahəsində vəziyyətə nəzər saldıqda görürük ki, ötən illərlə müqayisədə canlanma var, iqtisadi aktivlik artıb”.
Digər şadlıq sarayları ilə də əlaqə saxladıqda eyni mənzərə ortaya çıxdı. Bildirildi ki, ötən illərlə müqayisədə bu il may ayında toy sifarişlərinin sayında artım müşahidə olunur.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, Azərbaycan xalqı həmişə etnik qruplara, millətlərə hörmətlə yanaşıb.
O hesab edir ki, may ayı ilə bağlı səslənən əsas fikirlərdən biri də məhz bu ayın ermənilərdə hansısa bir tayfanın ağır ay kimi elan etməsi və toy edilməməsi ilə bağlı məşhur yanaşmadır:
“Bu fikir geniş yayılıb. Amma ümumiyyətlə, may ayı təbiətin oyanış ayı kimi, orqanizmdə gedən proseslərin mürəkkəbliyi ilə həmişə seçilib. Bu dövrdə qan dəyişikliyi gedir, orqanizmdə müxtəlif dəyişikliklər baş verir. Eyni zamanda kənd təsərrüfatının ən qızğın dövrünə təsadüf edir. Əkilmiş bitkilərə, tərəvəzlərə, ağaclara qulluq etmək lazımdır. İnsanlar yorğun olur, qışdan çıxmış vəziyyətdə yazın sonuna doğru orqanizmdə vitamin və mineral çatışmazlığı hiss olunur. Həm də havaların stabil keçməməsi mayın bir qədər ağır ay olmasına dəlalət edir. Məhz bu səbəblərdən deyilir ki, may “qan qaynayan” aydır və evlilik üçün o qədər də məqbul sayılmır.
İnsanların sağlamlıq vəziyyəti, orqanizmdə gedən proseslər, ümumi yorğunluq, bütün bunlar müəyyən təsirlər yaradır. Son vaxtlar belə fikirlər də səslənir ki, guya may ayında toy etməmək sovet dövründə formalaşmış yanaşmadır. Amma əvvəllər belə bir söhbət olmayıb. Bizim milli-mənəvi dəyərlərimizə görə toylar daha çox payızda edilirdi. Çünki artıq taxıl, digər kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz yetişirdi, satılırdı və ailələr iqtisadi baxımdan toya hazır olurdu. Digər ailələrin də “nəmər” vermək imkanı olurdu. Payızın əvvəlindən ortalarına qədər toylar daha çox keçirilirdi. Hava nə çox isti, nə də çox soyuq olurdu, qida bolluğu olurdu. Ümumiyyətlə, söhbət daha çox orta və kasıb təbəqənin etdiyi toylardan gedir.
May ayında toy edilməməsi ilə bağlı hələ də müxtəlif fərziyyələr irəli sürülür. Bu ayda xəstəliklər bir qədər ağır keçir, xroniki xəstəliklərdən əziyyət çəkən insanlar çətinliklərlə üzləşir. Təzyiq, qan dövranı problemləri artır. Eyni zamanda bitkilərin tozlanması ilə bağlı allergiyalar geniş yayılır. Bütün bunlara görə may ayında evlilik sağlamlıq baxımından məqbul sayılmır.
Digər tərəfdən, Azərbaycanda xristian albanları və xristian türklər də yaşayır. Onlar Pasxa bayramını qeyd edirlər. Pasxa adətən aprel-may aylarına təsadüf edir və bu dövr həm oruc, həm də dini baxımdan kədər və anım dövrü sayılır. İsa peyğəmbərin yad edildiyi bu mərhələdə toy etmək uyğun hesab olunmurdu və azərbaycanlılar da bu dövrdə toy etməməyə çalışırdılar. Ümumiyyətlə, aprel və may ayları həyatın yenidən canlandığı, təbiətin bərpa olunduğu dövrdür. Bu zaman insanlar daha çox təsərrüfat işlərinə yönəlirdi. Hətta bəzi hallarda müharibələr belə bu dövrdə dayandırılırdı.
Bir məqam da var ki, may ayında evlənənlər 9 ay sonra, qış aylarında uşaq sahibi olurdular. Keçmişdə isə qış çox çətin keçirdi - soyuq, ərzaq qıtlığı, tibbi imkanların zəifliyi və s. Bu da ailə üçün əlavə çətinliklər yaradırdı. Bütün bunları xalq böyük dəqiqliklə müşahidə edib və həyat təcrübəsi kimi formalaşdırıb. O dövrlərdə indiki kimi elmi biliklər olmasa da, insanlar bu bilikləri milli-mənəvi dəyərlər və həyat təcrübəsi vasitəsilə qoruyub saxlayıblar. Bu gün isə vəziyyət dəyişib. Komfort var, tibbi imkanlar genişdir, insanlar xəstəliklərlə mübarizə apara bilir. Ona görə də may ayında toy etməmək artıq bir qədər mübahisəli görünür. Amma yenə də bir məqam var: xalq heç nəyi səbəbsiz adətə çevirmir. Əgər bu ənənə formalaşıbsa, deməli, onun arxasında müəyyən həyat təcrübəsi və məntiq dayanır. Ona görə may ayında toy etməmək məsələsi bu gün də həm ənənə, həm də düşüncə olaraq yaşamaqda davam edir”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident Özbəkistan mediasına müsahibə verib
Prezident “Kazinform”a müsahibə verdi - TAM MƏTN
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Ət yenə bahalaşacaq? - iri və xırdabuynuzlu heyvanların sayı ən aşağı həddə düşüb
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09