Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video

Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video

Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video
2026-06-17 , 16:49

Türkiyəli müğənnilər Seda Sayanla Gülbən Ergen arasnda qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb Seda Sayanın qonaq olduğu verilişlərdən birində həmkarına "simic" deməsi olub. 
"Gülbən çox simicdir. Buna pis olacaq, amma nə edim, elədir. Həmişə mən sənə nəsə almışam. Sən mənə nə vermisən ki? Koreyadan aldıqlarını atır ki, sən bunları istəyərdin? Hansı qadın istəməz? Simicliyindən öləcəksən" deyə, Seda bildirib.
Gülbənin cavabı da gecikməyib:
"Seda Sayan yalan deyir. Nə alıb ki? 19 il əvvəl Atlas dünyaya gələndə qızıl gətirib. Bəs nə oldu? Davamlı mənə nəsə almısan? Sabah ona ilbizli maska verəcəyəm, dərisinə düşməyəcək, reaksiya verəcək. Özü də nə vaxtdan sən ənənəvi tibbə maraq salmısan? Ürəyin gedir özünü kəsdirib-doğramağa. Mən əməliyyatlara maraqlı olmadığım üçün ənənəvi üsullardan istifadə edirəm. Sən isə dəqiqəbaşı özünü kəsdirirsən. Yalandır?".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.