Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO
2026-06-15 , 20:26

Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib.

Yenilik.az Manset.az-a istinadən xəbər verir ki, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.

M.Kırmızıgül “Aral Group”un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə gəlib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.

Qeyd edək ki, Ahmet Çetin “Aral Group”un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda, bir sıra böyük biznes obyektlərinin sahibidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.