Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol”

Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol”

Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol”
2026-06-15 , 20:39

Yazıçı Həmid Herisçi hazırda xəstəxanada müalicə olunan Xalq artisti Flora Kərimovaya şeir həsr edib.

Yenilik.az “Yeni Sabah” xəbər verir ki, o, şeiri “Facebook” hesabında paylaşıb.

Avara qalıb, işsizdi, sənsizdi, şanssızdı

Qapıdakı feyskontrol.

Həmidsizdi, səssizdi

tərtəmizdi

nə əcəb

Xutor.

Ogrularla dolu Böyükşor.

Şəhidlərə, ordan AZTV-yə qalxan fineklyor.

Sosial şəbəkələrdə əleyhinə yazan bir dəstə troll,

hətta belə susub.

- Qardaşım ol.

Qulağıma deyərdi burda bir nəfər.

Axtarır onu indi

İnterpol.

Bəlkə AZTV-yə,

Sizin 4 - cü mərtəbəyə,

bir də gəlmədim.

Gəlmədin.

Deyərsiz xadiməyə,

520 - ci otağındakı sərinkeşi unutdum, unutdun

söndürməyə.

Komendant bilmir, eyvay....

Kompyuterinə əl dəymə...

Kodsuz, Florasız

bəlkə işləməyə.

AZTV- dəki rəhmətlik “Qarabag” səsyazma studiyası...

Qulaqcığdakı əmr:

- Gözləyin xronometrajı...

Artirmaq istədim, istədin

teləfonunun həyat balansını.

Dinləyək mahnılarının hansını?

Bu gün?

Gərək deyəsən özün.

Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Köməkçisinin sözlərinə görə, sənətkarın ürəyi ilə bağlı sağlamlıq problemləri mövcuddur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.