Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir gizlinləri açdı: “ İlhamə Quliyeva dedi ki, toyda..." - VİDEO 

Cavanşir gizlinləri açdı: “ İlhamə Quliyeva dedi ki, toyda..." - VİDEO 

Cavanşir gizlinləri açdı: “ İlhamə Quliyeva dedi ki, toyda...
2023-12-25 , 16:12

"Flora Kərimova Azərbaycan estradasının ünvanıdır. O, elə-obaya, xalqına bağlı insandır. Qanı qanımdan, canı canımdadır. Flora xanımın insaniyyətdiyi var.  O, məni iki dəfə həbsdən qurtarıb. Bu sənətə gəlməyimdə rəhmətlik bibimin çox böyük rolu olub. Söhbət Flora xanımın anası Zümrüd xanımdan gedir.  O, elə bil ki, mənim bel sütunum idi". 


Yenilik.az xəbər verir ki, bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "O üz" verilişinə müsahibəsində deyib. 
Sənətkar bibisı qızı, Xalq artisti Flora Kərimova ilə münasibətlərindən söz açıb: "Flora xanım, sənin ağır günlərində yanında olmuşam. Səhnələrə buraxılmayan vaxtlarında ortaya çıxmışam. Bu günkü Cavanşir adını edən özüm olmuşam. Heç bir qadının qoltuğunda gəzməmişəm". 

Məmmədov bildirib ki, Kərimovanı oğlunun toyuna düşmən olduğu mərhum Xalq artisti İlhamə Quliyevaya görə çağırmayıbmış: "Mən Flora Kərimovanı oğlumun toyuna dəvət edə bilmədim. İlhamə Quliyeva dedi ki, toyda mən filan yerdə oturacağam. Flora xanım orada olsaydı, qorxdum ki, davaları düşəcək. Ona görə, Flora Kərimovanı toya dəvət edə bilmədim. Açıb dərdimi danışmamışam. Toyların birində yola getməmələrini gördüm. İndi mən necə dəvət edə bilərdim? İlhamə deyəcəkdi ki, mənə söz ver, danışım, Flora isə buna etiraz edərdi, deyərdi ki, ona söz vermə... Onun qabağını kim ala bilərdi? Flora da qızı Zümrüdə toy edəndə məni çağırmadı. Məclisi Elariz Məmmədoğlu idarə etdi. Məndən də soruşdular ki, bəs sən niyə qohumun toyunda oxumadın? Mən dəvət almayan yerə necə gedə bilərdim? Ürəyimdə çox söhbətlər var, amma onlar mənimlə birlikdə qəbrə gedəcək". 

F.Kərimova  qonaq olduğu verilişdə C.Məmmədovu çox istədiyini vurğulasa da, ancaq ondan incik küsdüyünü də gizlətməyib:  "Mən Cavanşiri çox istəyirdim. İndi də istəyirəm. Kökümüz birdir. Ona görə, çox əziyyət çəkmişəm. Bir kişi eləmədiyini mən ona etmişəm. Ancaq məni çağırmayanda (toyu nəzərdə tutur - red.) mən siyasətdə idim. Onda qohumlarım məndən qorxurdular, heç salam belə vermirdilər. Təqib olunan vaxtlarımda özüm insanlardan çəkilirdim ki, onları pis vəziyyətdə qoymayım.

Mən bilirdim ki, o evə getsəm, hər şeydən qorxacaq. Bilirdim ki, kimləsə müsbət belə danışsam, onun üçün pis olacaq. Çünki bunu mən demişəm. Dayı oğlu... Özü də ən çox sevdiyim insan. Qucağımda böyüyən bir insan məndən çəkinəndə və mənim ünvanıma deyəndə ki, "O hara, siyasət hara...".  

Əgər bu insan təhlükəsizliyindən qorxursa, necə yaxınlaşardım? O hərbi xidmətdə olanda onun yerləşdiyi yerə gecə saat 3-4 idi, qaranlıqda tanımaya-tanımaya, soruşa-soruşa özümü ora yetirdim çünki onu həyatım qədər sevirdim.
Belə bibi qızıya belə bir münasibət olmamalı idi. Dedi ki, iki dəfə onu həbsdən qurtarmışam. Çox təəccübləndim ki, bunu o dilinə gətirdi. Çünki o hər zaman bu mövzudan qaçırdı. Nə qədər insanları başa düşüm? Mənim həyatım bax belə keçib. Digər insanın təqsirini də öz boynuma götürmüşəm. Pislik eləməməyin özü yaxşılıqdır. Amma bunlardan hər zaman pislik görmüşəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.