Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsraildən atəşkəslə bağlı – Açıqlama

İsraildən atəşkəslə bağlı – Açıqlama

İsraildən atəşkəslə bağlı – Açıqlama
2025-06-24 , 11:00

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.

Bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.
Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb.
“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna qətiyyətlə cavab verəcək. İsrail müdafiədə göstərdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştiraka görə Prezident Trampa və ABŞ-yə minnətdarlığını bildirir”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İran mediası, eləcə də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.