Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranla İsrail arasında atəşkəs qüvvəyə mindi

İranla İsrail arasında atəşkəs qüvvəyə mindi

İranla İsrail arasında atəşkəs qüvvəyə mindi
2025-06-24 , 12:16

İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.

Bu barədə məlumatı İranın “Press TV” telekanalı yayıb.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da dayandırdığını yazıb.
O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.