İranla İsrail arasında atəşkəs qüvvəyə mindi

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da dayandırdığını yazıb.
O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.