Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail Baş Qərargahı: İranın nüvə proqramına ciddi zərbə vuruldu

İsrail Baş Qərargahı: İranın nüvə proqramına ciddi zərbə vuruldu

İsrail Baş Qərargahı: İranın nüvə proqramına ciddi zərbə vuruldu
2025-06-25 , 23:45

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahı İrana qarşı həyata keçirilən hərbi əməliyyatların əsas məqsədlərinə nail olunduğunu açıqlayıb.

Bu barədə İsrailin rəsmi mənbələri məlumat yayıb.
Açıqlamada bildirilir ki, İranın nüvə proqramı ciddi zərər görüb və “illərlə geri çəkilib”. İsrail tərəfi bu əməliyyatların ölkənin milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Qeyd olunur ki, hədəf alınan obyektlər İranın nüvə silahı hazırlamaq potensialına birbaşa təsir göstərib. Bununla belə, əməliyyatların konkret detalları, hədəflərin sayı və dəqiq yerləri açıqlanmayıb.
İsrail rəhbərliyi regionda sabitliyin qorunması üçün lazım gəldikdə əlavə tədbirlər görməyə hazır olduqlarını da bəyan edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.